Gecələr soyuq tərləməyin təhlükəli səbəbləri açıqlandı

16-08-2022, 11:24           
Gecələr soyuq tərləməyin təhlükəli səbəbləri açıqlandı
Adətən vərəm uzun müddət heç bir şəkildə özünü göstərmir, insan xəstəliyin əlamətlərini yüngül bir nasazlıq hesab edir.

Bu barədə rusiyalı epidemioloq Nikolay Dubinin xəbərdarlıq edib.

Onun sözlərinə görə, vərəmin ən çox görülən simptomu öskürəkdir, lakin çox vaxt bu əlamət göz ardı edilir, qrip və ya siqaretin təsiri ilə əlaqələndirir. Bununla belə həkim öskürəyin yaşıl və sarı bəlğəmlə müşayiət olunmasının həyəcanverici bir əlamət olduğunu deyib.

Dezinfektoloq xəstəliyin başqa bir əlamətinin gecə soyuq tərləmələr ola biləcəyini deyib.

“Bu zaman insan gecələr o qədər tərləyə bilər ki, paltar və ya yataq dəstini dəyişməli olur. Qızdırma olmaya bilər, ancaq nəfəs darlığı və sinə ağrısı artır”, - deyə o, bildirib.

“Ağciyərdənkənar vərəmin əsas simptomları süstlük, həddindən artıq yorğunluq, yuxululuq, iştahsızlıq, qızdırma, soyuq tər və kəskin çəki itkisidir”, - deyə Dubinin sözlərini yekunlaşdırıb.

Mənbə: Lenta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru