Müharibədə rusiyayönlü qüvvələr arasında parçalanma yaranıb

16-08-2022, 11:25           
Müharibədə rusiyayönlü qüvvələr arasında parçalanma yaranıb
Ukraynada döyüşən rusiyayönlü işğalçı qüvvələr arasında parçalanma yaranıb.

Bizimyol.info xəbər verir ki, bunu Müharibənin Tədqiqi İnstitutunun (MTİ) analitikləri bildirib.

Mövcud məlumata görə, dünya tərəfindən tanınmamış "LPR"dən olan "milislər" Donetsk vilayətində döyüşləri davam etdirməkdən imtina edib və Luqansk vilayətindən kənarda hücumun yorucu tempindən şikayətləniblər. Sosial şəbəkələrdə "milislərin" qəzəbini təsdiqləyən video peyda olub. Görüntülərdə “LPR”dən olan işğalçılar qonşu Donetsk vilayətinin ərazisində döyüşməkdən imtina edirlər.

Eyni zamanda, son 24 saat ərzində Rusiya qüvvələri Slovyanskın şimal-qərbində bir neçə məhdud quru hücumu, həmçinin Severskdən şərq və cənub-şərq, Baxmutun şimal-şərq və cənub-şərqində çoxsaylı hücum əməliyyatları həyata keçirib. Həmçinin, rus ordusu Donetskin şimal-qərb, qərb və cənub-qərb istiqamətində hücum əməliyyatlarını davam etdirib və Xarkovdan şimala məhdud quru hücumu həyata keçiriblər.

Bundan əlavə, Rusiya və Ukrayna Zaporojye Atom Elektrik Stansiyasını atəşə tutmaqda ittihamlar mübadiləsini davam etdiriblər. Rusiya Federasiyasının hakimiyyət orqanları işğal olunmuş ərazilərin öz tərkibinə daxil edilməsi ilə bağlı “referendumlar”a hazırlaşmağa davam edirdi.

Xatırladaq ki, 2014-cü ilin yazında Rusiya Federasiyası Ukrayna Krımını ələ keçirmiş, sonra isə Donbasın bir hissəsini işğal edərək “LDNR”nin yaradılmasını elan edən yaraqlılara dəstək vermişdi. 2022-ci il fevralın 22-də Rusiya hakimiyyəti “LPR” və “DXR”-i Donetsk və Luqansk vilayətlərini "müstəqil dövlət" kimi tanıyıb.

Qeyd edək ki, yaraqlılar bütün əraziyə nəzarət etmir.

Fevralın 24-də rus qoşunları Ukraynaya genişmiqyaslı işğala başlayıb. Donbassda şiddətli döyüşlər gedir.

Qadir, Bizimyol.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.