Su alarkən ehtiyatlı olun!-VİDEO

24-05-2016, 01:43           

Qısa araşdırma zamanı məlum oldu ki, bu işlə məşğul olanların bir çoxunda suyun içməli olması ilə bağlı rəsmi sənəd yoxdur. Üstəlik suyun hansı mənbədən doldurulması da məlum deyil. Əslində satılan sular müəyyən standartlara cavab verməlidir. Hər bir sakin su satan şəxslərdən mütləq rəsmi sənəd tələb etməlidir. Əks halda su sağlamlığınıza ciddi zərər vura bilər.

Bölgələrdə və eləcə də paytaxtın bir çox kənd və qəsəbələrində sakinlər hələ də içməli suya olan tələbatlarını səyyar satıcılardan təmin edirlər.

Su maşını üçün Bir zəng kifayət edir. Bu isə səyyar şəkildə satılan suyun tərkibi və keyfiyyətini gündəmə gətirir. Çünki əksər alıcılar həmin suyun hansı mənbədən və ya hansı şəraitdə doldurulmasından xəbərsizdir. Satıcılar sakinlərə suyun içməyə yararlı olub-olmaması ilə bağlı heç sənəd də təqdim etmirlər

Məlum olur ki, satıcıların əksərində suyun içməli olması ilə bağlı hər hansı bir rəsmi sənəd yoxdur. Üstəlik bir çoxları quyudan çıxarılan suyu sakinlərə satırlar.

Bəzi satıcılardan isə cavab almaq ümumiyyətlə mümkün olmadı. Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımovun deyir ki, rəsmi olaraq su satışı ilə məşğul olmaq istəyən şəxslər sağlamlıqla bağlı tibbi yoxlanışdan keçməlidir. Bundan sonra mərkəz tərəfindən onlara rəsmi daşıma icazəsi verilir. Buna görə də, hər bir alıcı mütləq satıcıdan suyun içməyə yararlılığı və sürücünün sağlamlığı ilə bağlı sənəd tələb etməlidir

O ki, qaldı quyu suyunun satışına, Ziyəddin Kazımov bildirir ki, Abşeron Yarmadasından çıxarılan quyu suyu içmək üçün yararsızdır və standartlara cavab vermir. Həmin sular kəskin mədə-bağarsaq xəstəliklərinə səbəb olur.

Əgər, sakinlər quyu suyu satışı ilə məşğul olan və üzərlərində bununla bağlı icazə sənədi olmayan satıcılara rast gəlsələr, mütləq polisə məlumat verməlidirlər. Əks halda mənbəyi məlum olmayan suyun içilməsi ağır nəticə törədə bilər.
Xezer xeber
[media=https://www.youtube.com/watch?v=whANEkZUnFc]












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.