Dördüncü peykimizi orbitə Maskın şirkəti buraxa bilər

5-12-2022, 11:46           
Dördüncü peykimizi orbitə Maskın şirkəti buraxa bilər
Biz növbəti yerüstü müşahidə peykinin – “AzerSky 2”nin orbitə buraxılması üçün tender elan edəcəyik. Bu gün bunu dünyada ən aşağı qiymətə edən İlon Maskın rəhbərlik etdiyi ABŞ-nin "Speys X" şirkətidir.

Axar.az xəbər verir ki, bunu Report-a açıqlamasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin ("Azərkosmos") İdarə Heyətinin sədri Saməddin Əsədov deyib.

“Sayca 4-cü olacaq bu peyk 3 ildən sonra orbitə buraxılacaq. Əminəm ki, "Speys X" yaxşı qiymət verəcək, çünki bütün dünyada ən aşağı qiyməti o verir. Amma biz indi deyə bilmərik ki, onlarla birlikdə peyki orbitə buraxmağı planlaşdırırıq. Çünki hələ tenderə başlamamışıq. Hələ onlarla kommunikasiya yoxdur və tezdir. Bizim peyk proqramlarını icrası hələ iki il sonra olacaq. “AzerSky 2"nin təxminən 2025-ci ildə orbitə buraxılması nəzərdə tutulur”, - deyə o qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru