TELEFON SUYA DÜŞDÜKDƏ NƏ ETMƏK LAZIMDIR?

7-12-2022, 00:01           
TELEFON SUYA DÜŞDÜKDƏ NƏ ETMƏK LAZIMDIR?
İndiki smartfonların əksəriyyəti nəmdən qorunma özəlliyinə malikdir. Lakin suya düşəndən sonra bir çox smartfonlar ya işləmir, ya da şarj olunmur.

Bəs, necə edək ki, smartfonu işlək vəziyyətə qaytaraq? Bu yazımızda həll yollarını izah edəcəyik.

Tribunainfo.az xəbər verir ki, şarj hissəsinə su daxil olan telefonu əvvəlcə söndürün. Əvvəl xaricini, sonra şarj yerini parça və ya quru salfetlə ilə yaxşı quruladığınıza əmin olun. Telefonu saç feni və ya tozsoranla qurutmaq olmaz. Bu zaman telefonun içində olan incə detallar sıradan çıxır.

Bundan sonra söndürdüyünüz telefonu yenidən başladın. Əvvəlcə USB kabeli telefona taxın. Çıxaranda kabeldə kir varsa, diş çubuğu ilə şarj yerini təmizləyin. Diqqət edin ki, təmizləyici vasitə metal əşya olmasın. Yoxsa sizi elektrik cərəyanı vura bilər.

Smartfon işə düşəndən sonra ekranda şarj edildiyi yazırsa, deməli hər şey qaydasındadır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru