Ekspert Rusiya artilleriyasının çöküşündən xəbər verib – Yaxın 3-4 ayda...

7-12-2022, 08:31           
Ekspert Rusiya artilleriyasının çöküşündən xəbər verib – Yaxın 3-4 ayda...
Yaxın 3-4 ayda rus artilleriyası ordu hissəsi olaraq, öz mövcudluğunu itirəcək - o, sadəcə olaraq, heç nə ilə ata bilməyəcək.

Belə bəyanatla «İnformasiya müqaviməti» qrupunun hərbi-siyasi şərhçisi Aleksandr Kovalenko çıxış edib və qeyd edib ki, bu gün Rusiya ordusu bütün cəbhə xətti boyunca Ukraynada gün ərzində orta hesabla 20 min atəş açır («UNİAN»).

Bu zaman Ukraynaya təmimiqyaslı təcavüzün başlanğıc mərhələsində bu göstərici 70 min və hətta 80 min atəş ola bilərdi.

Ekspertin məlumatına görə, Rusiyanın istehsal gücü il ərzində 1,0-1,5 milyon artilleriya atəşinə (müxtəlif kalibrli) imkan verir. Buradan nəticə çıxarmaq olar ki, özünün daxili istehsalına ümid etməklə, Rusiya yalnız gün ərzində 2,5 - 4,0 min artilleriya atəşini təmin edə bilər.

Kovalenko əmindir ki, döyüş sursatının tükənməsi Rusiya ordusunu taktiki aclığa gətirib çıxaracaq. «Rusiya ordusunun artilleriyası hazırda Ukraynada istifadə etdiyindən əhəmiyyətli dərəcədə pis vəziyyətdədir. Məsafə kiçikliyi, dəqiqliyin xeyli aşağı olması, istehsal olunan lülə resursları və s. Bütün bu çatışmazlıqlar mərmilərin çoxlu sayda olması ilə və atəş valı taktikası ilə kompensasiya olunub. Sənə dəqiqlik lazım deyilsə və döyüş komplektinin sayı imkan verirsə ki, sadəcə, yer üzərindən şəhərləri, kəndləri, meşə massivlərini siləsən. Amma nə zaman ki, sənin döyüş komplektin sənə imkan vermir ki, istədiyini edəsən, o zaman sən, nə hücum edə, nə müdafiə oluna bilərsən, artilleriyan isə qandala çevrilər» - ekspert qeyd edib.

O, işarə edib ki, məhz bu mərhələdə Rusiya ordusunun artilleriyası artıq yükə çevrilmək həddindədir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.