İLK DƏFƏ İNSANA ÇİP YERLƏŞDİRİLƏCƏK: KOMPÜTERLƏ ƏLSİZ İŞLƏMƏK MÜMKÜN OLACAQ

9-12-2022, 08:47           
İLK DƏFƏ İNSANA ÇİP YERLƏŞDİRİLƏCƏK:
İlon Maska məxsus “Neuralink” şirkəti altı aydan sonra ilk dəfə insana çip yerləşdirməyi planlaşdırır.

Tribunainfo.az xəbər verir ki, bu çip vasitəsilə insanlar kompüter və telefondan əlsiz istifadə edə biləcəklər.

“Düşünürük ki, ola bilsin, təxminən altı aydan sonra biz insana ilk çipi yerləşdirə biləcəyik”, – deyə Mask mətbuat konfransı zamanı bildirib.

Sahibkar söz verib ki, onun şirkəti bu məsələdə diqqətli davranacaq. Eyni zamanda qeyd edib ki, bundan öncəki analoji tədqiqatlarda heyvanlara çip yerləşdirilməsi zamanı artıq lazımi ehtiyat tədbirləri görülüb.

Sahibkar qeyd edib ki, buna icazə alınması üçün tələb olunan sənədlərin əksəriyyəti artıq ABŞ-nin Qida Məhsullarının və Dərman Vasitələrinin Keyfiyyətinə Sanitar Nəzarət İdarəsinə təqdim edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru