Fransadakı soydaşlarımızın bu kimi suallara cavabı varmı?

10-12-2022, 08:54           
Fransadakı soydaşlarımızın bu kimi suallara cavabı varmı?
Fransada xeyli soydaşımız yaşayır. Arlarında tanınmış siyasətçilər və jurnalistlər də var. Mənim onlardan bir xahişim var. Azərbaycan dövləti və xalqı üçün də bunu bilmək son dərəcə önəmlidir:
1) İndiyə kimi Fransa Senatında (və aşağı palatada) hər hansı bir separatçı hərəkatın liderinə parlament tribunasından çıxış etmək imkanı verilibmi?
2) “France 24” (dövlət TV kanalı) indiyə kimi hər hansı digər separatçı hərəkatın liderinə öz efirdə çıxış etmək haqqı tanıyıbmı?
Bildiyim qədər belə bir şey olmayıb. Fransada bir qayda olaraq separatçılar təqib olunub, onların zindana atılması haqqında da çoxsaylı faktlar var. Bir daha vurğulayıram, Fransanın daxilində 12, Avropada isə 260-a yaxın separatçı hərəkat var. Bununla bağlı Qərb mənbələrinin yaydığı xəritəni də əvvəlki statuslarımda paylaşmışdım.
Fransız dilini bilmədiyimə görə ilkin mənbələrə çıxışım yoxdur. Ona görə də sizə, Fransada yaşayan soydaşlarıma üz tutdum.
İngilisdilli mənbələrdə qabağıma belə bir şey çıxmadı. Böyük ehtimalla belə bir şey yoxdur. Yoxdursa, Azərbaycan parlamenti və Fransadakı səfirliyimiz hərəkətə keçməlidir. Bu məsələni təkcə Avropa Birliyinin bu və ya digər qurumlarında yox, eyni zamanda BMT-də də qaldırmaq lazımdır. Həqiqət bizim tərəfimizdədir. Biz Fransanı siçan deşiyinə soxa bilərik. Əlbəttə, yaxşı olar ki, bu məsələdə Türkiyə ilə sinxron hərəkət edək. Onların bu kimi məsələlərlə bağlı informasiyaları daha çoxdur...
Eyni zamanda, bilmək istərdim ki, Azərbaycanın Fransadakı səfirliyinin bu suallara konkret cavabı varmı?
Bir daha vurğulayıram. Bu kimi məsələlərdə çığır-bağır, patriotik ura çağırışları keçərli deyil. Biz qarşı tərəfi konkret faktlarla yerində oturtmalıyıq. Bunun üçün kifayət qədər arqumentlər var.
Elbəyi Həsənli
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.