Dünyanın ən güclü pasportu bu ölkənindir

10-12-2022, 12:05           
Dünyanın ən güclü pasportu bu ölkənindir
Londonda yerləşən Pasport İndeksi dünyanın ən güclü və ən zəif pasportlarını müəyyən edib.

Publika.az xəbər verir ki, Birləşmiş Ərəb Əmirlikləri ən güclü pasporta malik ölkədir, vətəndaşları 180 ölkəyə vizasız gedə bilirlər.

Ən zəif pasporta malik ölkə Əfqanıstan olub. Əfqanıstan vətəndaşları yalnız 38 ölkəyə vizasız gedə bilərlər.

Hesabatda bu il bəzi ölkələrin pasportlarının daha da möhkəmləndiyi üzə çıxıb. Buna səbəb Covid-19 məhdudiyyətlərinin aradan qaldırılması olub.

Pasportları ən zəif olan ölkələr arasında Yaxın Şərq və Asiyadan olanlar çoxluq təşkil edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru