Nobel Sülh Mükafatının laureatları məlum olub

11-12-2022, 00:01           
Nobel Sülh Mükafatının laureatları məlum olub
Bu gün Osloda 2022-ci il Nobel Sülh Mükafatı təqdim edilib.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, Norveç kral ailəsinin və hökumət üzvlərinin iştirak etdiyi mərasim ənənəvi olaraq Oslo meriyasının binasında keçirilib.

Mərasimdə 2022-ci il üzrə mükafat belaruslu insan haqları müdafiəçisi Ales Bialiatskiyə və Rusiyanın “Memorial” hüquq müdafiə təşkilatı və Ukraynanın Vətəndaş Azadlıqları Mərkəzinin rəhbərlərinə təqdim edilib.

Laureatlar ölkələrində vətəndaş cəmiyyətini təmsil etdiklərinə görə mükafatlandırılıblar.

Tədbirdə çıxış edən Norveç Nobel Komitəsinin sədri Berit Reiss-Andersen deyib ki, çoxsaylı böhran və çağırışlar qarşısında dünyanın fədakar elm adamlarına və insanlara ehtiyacı var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru