“Putin son çıxışında özünü ələ verdi, ağır xəstədir” – İngilis nəşrindən iddia

23-02-2023, 12:34           
“Putin son çıxışında özünü ələ verdi, ağır xəstədir” – İngilis nəşrindən iddia
Rusiya Prezidenti Vladimir Putinin səhhəti getdikcə pisləşir, ağır xəstəliyə tutulub.

Bu barədə İngiltərənin “Ekspress” qəzeti Rusiyadakı mənbələrinə istinadən yazır.

Nəşr iddia edir ki, Rusiya lideri ötən gün Federasiya Şurasına müraciət edərkən, bu xəstəliyinin əlamətləri özünü göstərib.

ABŞ Prezidenti Co Bayden Kiyevdə olarkən Putinin növbəti tibbi müayinədən keçdiyi bildirilir.

Həmçinin “General SVR” Teleqram kanalının məlumatına görə, Kreml sahibi residivləşib, 70 yaşlı prezident martın əvvəlində müalicə olunmalı olacaq, bu da onun müharibə şəraitində Rusiyaya rəhbərlik etmək qabiliyyətinə təsir edəcək.

Nəşr qeyd edir ki, son müalicə gözlənilən nəticəni verməyib və buna əsasən martın 5-də yenisi təyin olunub. Bununla belə, qəzet vurğulayır ki, bunları təsdiqləmək mümkün deyil.

Dünya mediasında Putinin sağalmaz xəstəliyə tutulması ilə bağlı şayiələr uzun müddətdir dolaşır. Xüsusilə xərçəng və parkinson xəstəliyinə tutulması haqda çox sayda iddia irəli sürülüb.

Ukraynalı jurnalist Dmitri Qordon isə hesab edir ki, Putinin xəstəliyi ilə bağlı söz-söhbətlər Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) tərəfindən ortaya atılıb, heç bir həqiqəti əks etdirmir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.