"General Rüstəm Muradov ciddi təzyiq altındadır” - Britaniya kəşfiyyatı

23-02-2023, 11:27           
"General Rüstəm Muradov ciddi təzyiq altındadır” -
“Ukraynadakı döyüşlərə komandanlıq edən generallardan biri - Rüstəm Muradov ciddi təzyiq altındadır”.

TEREF.AZ “Report”a istinadla xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsasən bildirib.

Qeyd olunub ki, R.Muradov uğursuzluğa düçar olub:

“Nəticələri yaxşılaşdırmaq üçün ona təzyiq edilir. Lakin çətin ki, Muradov ciddi uğur əldə edə bilsin”.

Məlumatda, həmçinin bildirilib ki, Baxmutda ağır döyüşlər gedir:

“Donetsk vilayətinin daha cənubunda, Vuhledar qəsəbəsi yenidən güclü atəşə məruz qalıb. Əvvəlki uğursuz cəhdlərinə baxmayaraq, Rusiya bu istiqamətdə yeni hücuma keçə bilər”.

Qeyd edək ki, bir müddət Qarabağdakı sülhməramlılara komandanlıq etmiş R.Muradov hazırda Şərq Hərbi Dairəsinin komandiridir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru