Rəsul Quliyev Etibar Məmmədova maşını niyə hədiyyə edib? - AÇIQLAMA

24-02-2023, 00:04           
Rəsul Quliyev Etibar Məmmədova maşını niyə hədiyyə edib? - AÇIQLAMA
Milli Məclisin sabiq sədri Rəsul Quliyev 1990-cı illərin əvvəllərində Etibar Məmmədovun rəhbərlik etdiyi partiyaya “Mercedes” markalı avtomobil hədiyyə etdiyini qeyd edib.

“Etibar Məmmədovla dost idim. Daxili İşlər Nazirliyi üçün də 10 “Mercedes” almışdım”, - deyə R.Quliyev əlavə edib.

Məsələni dəqiqləşdirmək üçün AMİP siyasi şurasının üzvü Əli Orucovla əlaqə saxladıq.

TEREF.AZ-ın məlumatına görə, Ə.Orucov Cebhe.info-ya açıqlamasında deyib ki, o zaman Etibar Məmmədova bir maşın verilmişdi:

“Amma o maşının kim tərəfindən verildiyini dəqiq bilmirəm. Ola bilsin ki, Rəsul Quliyev verib. Etibar Məmmədova verilən maşının dövlət qeydiyyat nişanı isə “13 AQT” idi”.

Əli Orucov Rəsul Quliyevin hədiyyəsini isə Etibar Məmmədov təşəkkür etmək üçün verdiyini deyib:

“Etibar Məmmədov Rəsul Quliyevi də o vaxt müəyyən məsələlərlə bağlı Azərbaycanın sabiq daxili işlər naziri, mərhum İsgəndər Həmidovdan müdafiə etdi. Yəqin o maşını da təşəkkür niyyətində Etibar Məmmədova hədiyyə edib”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.