Rusiya-Ukrayna müharibəsinin başlamasından 1 il keçdi

24-02-2023, 11:54           
Rusiya-Ukrayna müharibəsinin başlamasından 1 il keçdi
Bu gün Rusiya-Ukrayna müharibəsinin başlamasından 1 il keçir. Ötən il başlayan müharibə 2014-cü ildən davam edən Rusiya-Ukrayna münaqişəsinin aktiv fazasıdır.

Bildirək ki, Rusiya Prezidenti 2022-ci ilin 22 fevralında Donetsk və Luqanskın müstəqilliyini tanıdığını bəyan edib.

Bundan sonra, 24 fevralda Rusiya Ukraynaya hərbi müdaxilə etməyə başlayıb. Rusiya Prezidenti bunu “xüsusi hərbi əməliyyat” adı altında rəsmiləşdirib.

Rusiya Belarus ərazisindən də istifadə etməklə Kiyevə hücuma başlayıb, lakin bir müddətdən sonra hərbi uğursuzluqlara düçar olub.
Ətraflı

Rusiya Kiyev, Sum, Çerniqovu işğal etsə də, orada möhkəmlənə bilməyib və qoşunlarını bu regionlardan geri çəkib.

Rusiyanın bu taktiki məğlubiyyətləri sonrakı etaplarda da davam edib. Lakin Rusiya Ukraynanın dörd vilayətini - Donetsk, Luqansk, Xerson və Zaporejye vilayətlərini özünə birləşdirdiyini elan edib.

Bununla belə ilhaq edilən ərazilərin dəqiq bir xəritəsi yoxdur və həmin ərazilərdə müharibə davam etməkdədir.

Qeyd edək ki, Ukraynada müharibə başlayandan bəri Baku TV və “Report” informasiya agentliyi münaqişə zonasından xüsusi reportajlar hazırlayır, hadisə yerindən ən operativ və doğru xəbərləri oxucularına çatdırır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru