Metroda elektron siqaret çəkmək olarmı? - AÇIQLAMA

24-02-2023, 10:19           
Metroda elektron siqaret çəkmək olarmı? - AÇIQLAMA
Metro xidmətindən istifadə edən sərnişinlər arasında qatarda elektron siqaret çəkənlər var.

Bu barədə Bizim.Media-ya vəziyyətin şahidi olan sərnişinlər məlumat verib.

Belə ki, elektron siqaretdən istifadə edən xanım sərnişin vasitənin tüstüsünü digər sərnişinlərə doğru üfürməkdən də çəkinməyib.

Bəs, metropoliten ərazisində elektron siqaret çəkmək olarmı?

Məsələ ilə bağlı Bizim.Media-nın sualını “Bakı Metropoliteni”nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov cavablandırıb:

“Metropolitendə istər elektron, istərsə də ənənəvi siqaretin çəkilməsi qadağandır. Ümumiyyətlə, metroda siqaretin bütün formalarda çəkilməsi, tütün məmulatlarından istifadə olunması qadağandır. Sərnişinlərdən ricamız budur ki, bu qadağanın əsaslı səbəbinin olmasını nəzərə alaraq, qaydalara əməl etsinlər”.

B.Məmmədov bildirib ki, bununla bağlı bizə də tez-tez müraciətlər olur:

“Müraciətlər daxil olduqda, yəni maraqlanan ictimaiyyət nümayəndələri, sərnişinlər olur və hər birisinə birmənalı şəkildə elektron siqaretin də çəkilməsinin qadağan olunduğu bildirilir”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.