Dünyanın ən ölümcül gölü: Natron

24-02-2023, 13:03           
Dünyanın ən ölümcül gölü:
Natron gölü həyat və ölümün özü qədər gözəldir. Bu sularda ölən heyvanlar çürümək əvəzinə kalsiumla örtülür, daşlanır və heykələ çevrilərək olduğu kimi qalır.
Natron gölü qəribə rəngləriylə - çəhrayı, bəzən qırmızı və bəzən də narıncı suları ilə olduqca cazibədardır.
Ölü pelikanlar, yarasalar, qağayılar və başqa canlıların heykəlləri bu gölü bəzəyir...
Göldə daim mistik və poetik bir mühit hökm sürür.

Bura sanki planetimizə aid olmayan yer kimidir.
Tanzaniyanın Aruşa bölgəsində yerləşən Natron gölü dünyanın ən ölümcül yerlərindən biri kimi tanınır.
Göldə üzmək məsləhət deyil. Su son dərəcə aşındırıcıdır və eyni zamanda çox istidir.
Natron gölünün tərkibində çox miqdarda soda var. Bununla birlikdə pH dəyəri bəzən 12-ni keçə bilər. Göl natrium karbonat kimi minerallarla da zəngindir.
Aron Hanukaev
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru