Rusiya-Ukrayna müharibəsindən bir il ötdü.

25-02-2023, 17:29           
Rusiya-Ukrayna müharibəsindən bir il ötdü.
Dünyanın hər yerində olduğu kimi Azərbaycanda da hərbi ekspertlər, politoloqlar, siyasətşünaslar müharibənin olub-olmayacağına dair proqnozlar verirdi.
Ola bilsin başqaları da belə proqnoz verib, gözümdən yayınıb, ancaq iki şəxs - Elxan Şıxəliyev və Nəsimi Məmmədli müharibənin olacağını proqnozşaldırmışdı və əsaslandırmışdı.
Müharibənin olmayacağını da proqnozlaşdıranlar olmuşdu. Belə şəxslərdən yalnız iki şəxs - Tərlan Eyvazov və Zərdüşt Əlizadə mədəni cəsarət göstərərək yalnış proqnoz verdiklərini açıqladılar.
Bir mövzuya dair bir gündə 5 cür proqnoz verənləri ciddiyə almadığım üçün onların katiqoriyası yoxdur.
Mənim şəxsi fikrimə gəldikdə isə müharibənin olub-olmayacağına dair proqnozum "müharibə olmalıdır" yönündə idi.
Hesab edirəm ki, Rusiya-Ukryna müharibəsi gözlənilən nəticəni vermədi. Rusiya Ukraynanı 96 saata bitirəcəyini düşünürdü, Qərb isə Rusiyanı bir neçə aya bitirəcəyini. Heç biri baş tutmadı. Rüşvət və korrpupsiya olan ölkələrin maliyyə rezervləri barədə düzgün proqnoz vermək demək olar ki, mümkün deyil. Rusiya rüşvət və korrupsiyaya görə bir ildir istədiyini ala bilmir. Qərb də Rusiyadakı rüşvət və korrupsiyaya görə müharibənin sonunu düzgün proqnozlaşdıra bilmir.
Rusiya-Ukrayna müharibəsi istənilən nəticəni vermədi, yaxın zamanda da verəcəyini gözləmirəm. Ona görə də, nəticə üçün başqa müharibələrə ehtiyac var. Hətta bir qədər irəli gedib "başqa müharibələr də olmalıdır" deyirəm.
Səxavət Məmməd
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.