İsveç polisi PKK-nın ölkədə maliyyə topladığını təsdiqləyib

26-02-2023, 09:14           
İsveç polisi PKK-nın ölkədə maliyyə topladığını təsdiqləyib
İsveçin Təhlükəsizlik Polisi (SÄPO) PKK-nın digər ölkəyə qarşı təxribat üçün İsveçdə maliyyə topladığını təsdiqləyib.

APA "SVT" telelanalına istinadən xəbər verir ki, bu barədə SÄPO-nun terrorla mübarizə üzrə rəhbərinin müavini Susanna Trehörning deyib.

"Biz görürük ki, onlar başqa ölkədə və ya İsveçdə terror fəaliyyətlərini dəstəkləmək üçün çağırış, cəlb etmə və terrorun maliyyələşdirilməsi ola biləcək dəstəkləyici fəaliyyətlər həyata keçirirlər".

O, hansı şəxslərin və qrupların bununla məşğul olduğunu daha ətraflı cavablandırmasa da, "Potensial olaraq mühakimə etdiyimiz şəxslərin bu cür hərəkətləri etmək niyyəti var. Biz təhlükədən başlayırıq, onları cəmiyyətdə və ya başqa strukturda tapmaqdan yox", deyə bildirib.

Susanna Trehörninq PKK-nın İsveçdə əhəmiyyətli dərəcədə terror maliyyələşdirməsi ilə məşğul olduğunu təsdiqləyib: "Dəqiq məbləğlər deməyəcəyəm lakin bu, kifayət qədər böyük məbləğdir".

O, jurnalistin SÄPO-nun buna qarşı hansı tədbirləri görməsi ilə bağlı sualına "Biz davamlı olaraq məlumat toplamaq və müvafiq hallarda bu cinayətləri faktiki törədən aktyorları müəyyən etmək və cinayət təhqiqatının başladılması və ya hər hansı digər formada prosesin qarşısının alınması ilə məşğul oluruq" deyə cavab verib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.