Dünyanın sonunun gəldiyini deyən qadın: 30 il sonra sağ tapıldı

6-03-2023, 09:54           
Dünyanın sonunun gəldiyini deyən qadın: 30 il sonra sağ tapıldı
30 ildən artıqdır itkin düşən və hətta qanuni olaraq ölmüş qadın Puerto Rikoda sağ tapılıb.

Cebhe.info xəbər verir ki, müəmmalı yoxa çıxma halları çox vaxt itkin düşənlərin onilliklər sonra sağ tapılması ilə nəticələnmir. Lakin 82 yaşlı Patrisiya Kopta istisna olub. O, indi itkin düşdüyü yerdən təxminən 2700 km uzaqlıqdakı qocalar evində demensiyadan müalicə olunur.

“Post-Gazette” qəzeti yazır ki, Patriciya Kopta Pensilvaniya ştatının Pittsburq şəhərinin Ross kəndində yaşayıb. O, mütəmadi olaraq bazar günü mərasimlərində iştirak edən dindar katolik idi.

Tədricən, o, qeyri-adi davranışlar nümayiş etdirməyə başlayıb və dindarlığı öz yerini irrasional ifadələrə verib. O, tez-tez Məryəm ananı gördüyünü deyir və görünməsi və yaxınlaşan nüvə müharibəsi ilə bağlı xəbərdarlıq etidrdi.

Bu səbəblərdən işini itirdikdən sonra tez-tez şəhərin mərkəzindəki küçələrdə görünməyə başladı. İddia edirdi ki, dünyanın sonu yaxınlaşır.

1992-ci ildə bir gün əri Bob Kopta evə qayıtdı və Patrisiyanın yoxa çıxdığını gördü. O, yerli polisə itkin düşmüş şəxs haqqında məlumat verdi. O müddətdən sonra ondan heç bir xəbər yox idi. Bir gün ərinə məktub göndərərək, onu kiminsə təqib etdiyini dedi və sonra yenidən yoxa çıxdı.

Bob Kopta nəhayət, arvadının öldüyünə dair qanuni sənəd aldı.

İndi isə məlum olub ki, Patrisiya Kopta 1999-cu ilin iyununda Puerto Rikoda qocalar evinə yerləşdirilib. Patriciya Kopta həyatı ilə bağlı orada heç nə danışmayıb. Uzun müddət keçdikdən sonra onun davranışları hər kəsə qəribə görünüb.

Doqquz aylıq prosesin sonunda,DNA testləri Patriciya Koptanın 1999-cu ildə Avropadan kruiz gəmisi ilə Puerto Rikoya gəldiyini iddia edərək qocalar evinə daxil olan eyni qadın olduğunu təsdiqləyib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.