Bakıda 15 milyona satışa çıxarılan villa kimindir? - FOTOLAR

29-03-2023, 08:34           
Bakıda 15 milyona satışa çıxarılan villa kimindir? - FOTOLAR
Bakıda fantastik qiymətə villalar satılır.

Hurriyyet.az xəbər verir ki, bununla bağlı müxtəlif elan saytlarında məlumatlara rast gəlmək olar.

Xüsusən də torpaq sahəsi daha geniş olan villaların qiyməti bahadır. Bu villalar lüks və dəbdəbəli şəraiti ilə digərlərindən seçilir.

Məsələn, Nəsimi rayonunda yerləşən bu villanı satışa çıxaran sahibi 15 milyon manata evini alıcılara təklif edir.

36 sot torpağın içərisində tikilən villa 2 mərtəbədən, 10 otaqdan ibarətdir.

Tbilisi prospekti yaxınlığında “Avropa” otelinin yanında yerləşən ev məşhur tikinti şirkəti tərəfindən tikilib.

Bu villanın 12 ballıq zəlzələyə davamlı olduğu bildirilir. Evin 5 yataq otağı, böyük hovuzu, ofis və böyük zalı var. Villa başdan-ayağa italyan mebeli ilə döşənib.

Ev üçün barter qəbul edilmir və yalnız ciddi şəxslərin narahat etməsi xahiş olunur.

















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru