NATO Krıma əks-hücumda Ukraynaya kömək edəcək?

29-03-2023, 12:58           
NATO Krıma əks-hücumda Ukraynaya kömək edəcək?
“NATO qüvvələrinin bir hissəsi Ukrayna Silahlı Qüvvələrinin Krıma əks-hücum əməliyyatına cəlb oluna bilər”.

Bu barədə “Asia Times” nəşri məlumat verib.

Yazı müəllifinin fikrincə, hadisələr belə inkişaf edəcəyi təqdirdə Rusiya öz taktiki nüvə silahı arsenalından istifadə edə bilər.

Həmçinin yazıda qeyd olunub ki, Ukraynanın hücumu yazın sonu, yayın əvvəlinə planlaşdırılıb.


“Bu zaman artıq Qərbin tankları, təyyarələri və döyüş sursatları Ukrayna Silahlı Qüvvələrinin istifadəsində olacaq”, - deyə müəllif qeyd edib.

Mənbə: Ura.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru