Sabiq deputatın qardaşı məhkəmə qarşısında

4-06-2023, 00:16           
Sabiq deputatın qardaşı məhkəmə qarşısında
“Azərbaycan Avtomobil Evi” MMC Osmanlı Faiq Yunis oğlu ilə bağlı məhkəməyə müraciət edib.

Teref.az Pravda.az-a istinadən xəbər verir ki, bu barədə MMC Nərimanov Rayon Məhkəməsinə üz tutub.

Belə ki, “Azərbaycan Avtomobil Evi” şirkəti maddi ziyanın ödənilməsi barədə tələb irəli sürüb.İddia hakim Nərgiz Tağıyevanın sədrliyi ilə araşdırılır.

Məhkəmənin ilkin növbəti iclası iyunun 12-nə təyin edilib.

Qeyd: “Azərbaycan Avtomobil Evi” MMC “Changan” avtomobillərinin Azərbaycanda rəsmi distribütorudur.

F.Osmanlı sabiq deputat Ceyhun Osmanlının qardaşıdır.

Qeyd edək ki, Faiq Osmanlı daxili işlər orqanlarında çalışıb. Göyçay və Ağdaş Mühafizə Bölməsinin rəisi olub. Onun öz arzusu ilə işdən azad olunduğu barədə açıqlama yayılmışdı. Lakin F.Osmanlının polis əməkdaşlarını atasının Göyçaydakı villasının qorunması işinə cəlb etməsi, mühafizə polisinin xidməti maşınlarını isə ailə üzvlərinin şəxsi istifadəsinə verməsinə görə xidmətdən azad edildiyi iddia olunur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.