Hindistanlı hüquq müdafiəçisi: “Ermənistan-ABŞ müştərək metallurgiya zavodunun tikilməsinin qəti əleyhinəyəm”

29-06-2023, 17:58           
Hindistanlı hüquq müdafiəçisi:
“Ermənistanla Azərbaycanın Naxçıvan Muxtar Respublikası sərhədində Ermənistan və ABŞ-nin birgə layihəsi olan metallurgiya zavodunun tikilməsinin qəti əleyhinəyəm”.

Bunu “Report”a hüquq müdafiəçisi, Beynəlxalq İnsan Hüquqları Komissiyasının (İsveçrə) rəsmi könüllüsü Mohmad Hüseyn məlumat verib.

Onun sözlərinə görə, bu zavodun tikintisi birbaşa olaraq ətraf mühitin kimyəvi çirklənməsinə səbəb olur:

“Biz, 30 ictimai təşkilatın nümayəndələri, ictimai səhiyyə ekspertləri və müxtəlif ölkələrin, o cümlədən təmsil etdiyim Hindistanın ekologiya fəalları olaraq, səsimizi beynəlxalq ictimaiyyətə eşitdirmək üçün bu petisiyanı imzalamışıq”.
Hüquq müdafiəçisi bu petisiyanın BMT-nin müxtəlif agentliklərinə, ətraf mühit və insan hüquqlarının müdafiəsi üzrə beynəlxalq təşkilatlara göndəriləcəyini söyləyib.

Qeyd edək ki, bu gün bir sıra ölkələrin vətəndaş cəmiyyəti təşkilatları Arazdəyəndə tikiləcək metallurgiya zavodunun həm insanlara, həm də planetimizə potensial zərərli təsirlərinə və baş verə biləcək ekoloji fəlakətə etiraz olaraq bəyanat yayıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru