Xəzərin "qəlbində" unudulan ada - Dalğalarla mübarizədə tək qalan torpaq VİDEO

Bu gün, 15:08           
Xəzərin "qəlbində" unudulan ada - Dalğalarla mübarizədə tək qalan torpaq  VİDEO
Xalq arasında Kurkosa, Kurkas, Kurkasan adları ilə tanınan Kürdili hazırda Azərbaycanın ən böyük adası hesab olunur. O Kür çayının deltası ərazisində - Aran iqtisadi-coğrafi rayonunun şərqində yerləşir.

TEREF PhotoStock.az-a istinadən xəbər verir ki, Neftçala şəhərindən 33 km, Bakının isə 150 km cənubunda yerləşən ada əvvəlcə yarımada olub. Lakin 1981-ci ildə Xəzər dənizində suyun səviyyəsinin qalxması səbəbindən quru ilə əlaqə kəsilib. Həmin vaxt Neftçala və Lənkərandan adaya aparan torpaq yollar dağılıb.

Əvvəllər sahəsi 43 kvadratkilometr olan Kürdili hazırda 25,5 kvadratkilometrə qədər kiçilib. Mütəxəssislər deyirlər ki, Xəzərin səviyyəsindəki qalxma və enmələr ada ilə quru arasındakı məsafənin dəyişkən olmasına səbəb olur.

PhotoStock.az-ın adadan hazırladığı videoreportajı təqdim edirik:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru