Erməniəsilli rusiyalı iş adamı Aram Qabrelyanov "Baza" Teleqram kanalını tam olaraq satın alıb. Biznesmen əməliyyatın məbləğini açıqlamaqdan imtina edib. Bakupost.az xəbər verir ki, bu barədə o, RBC-yə məlumat verib. Qabrelyanovun sözlərinə görə, "Baza" kanalı "News Media Holdinq"in tərkibinə daxil olmayacaq. Qeyd edək ki, hazırda holdinqə "Life", "Mash" və "SHOT" daxildir.