335 min il sonra Afrikada alimləri şoka SALAN KƏŞF - Əcdadlarımız TAPILDI...

8-09-2023, 11:08           
335 min il sonra Afrikada alimləri şoka SALAN KƏŞF -
Afrika qitəsinin tarixində sirlərlə dolu inanılmaz məlumatlar gizlidir və bu qeyri-adi yerdə nələrlə qarşılaşacağınızı heç vaxt bilə bilməzsiniz. Afrikada mövcud olan bir çox şey göz oxşayan, rahatsız edici və qəribədir.

Teref.Az bildirir ki, Referans.az dünyanın ən qəribə qitələrindən biri olan Afrikada kəşf edilmiş ən müammalı tapıntıları araşdırıb.

Homo Nalede

Tarixin dərinliklərinə getdikdə keçmiş bir insan növünün kəşf edilməsi qədər mühüm bir araşdırma tapmaq çox çətindir. 2013-cü ildə cənubi Afrikada bir qrup alim qaranlıq bir mağaranın içində qeyri-adi bir şey kəşf etdi. Homo Nalede 335 min il öncə yaşamış və bizim əcdadlarımızla eyni dövrü paylaşmış bir növ idi. Onunla bağlı alimlər bir çox şeyləri araşdırıb və məlumat toplayıb. Lakin hələ də Homo Nalede barəsində elmə məlum olmayan bir çox sirr gizlidir.

Madaqaskarın daş meşəsi

Madaqaskar təbiətin möhtəşəmliklər diyarıdır. Amma madaqaskarın gözəllikləri sadəcə burada yaçayan varlıqlara məhdudlaşmır. Buranın cənub-qərb bölgəsində yerdən yüksələn iynələr kimi qayalarla örtülü bir meşə görə bilərsiniz. Buradakı əhəng daşı quraq iqlimdə əmələ gələrək uclarının iti bir şəkil almasına səbəb olmuşdur. Bəzi insanlar təhlükəli labirintə qızıl və elmasların gizlədildiyini bildirir. Bu meşədə gəzmək olduqca risklidir, çünki yollar çox insanları çaşdıra bilər və qayalar özünüzü yaralaya biləcək qədər itidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru