İraq, Suriya, Türkiyə… –Yanğın növbəsi kimindir: Qafqaz, Moldova, yoxsa Orta Asiyanın? - Təhlil
20-07-2016, 22:20
Aleksandr Staver, Roman Skomoroxov
topwar.ru, 20.07.2016
Türkiyədə baş verənlər və mümkün nəticələrlə bağlı artıq bir dəfə fikrimizi bildirdikdən sonra güney sərhədlərimizin yaxınlığında baş verənlərə bir qədər yüksəklikdən baxmağı qət etdik – həm də kimin yanğın növbəsində olduğunu bilmək niyyətiylə…
Suriya və İraqla bağlı hər şey azdan-çoxdan aydındırsa, orada yanğın artıq çoxdan və hər şeyə görə fikir yürüdülsə, uzun müddətə şölələnir. Suriyada durumun aşkar sabitsizləşdirilməsi müşahidə edilir və burada günah birinci növbədə Rusya ilə ABŞ arasında kimin “aşkar”, kimin mötədil terrorçu olduğu mövzusunda anlaşılmazlıqdadır. Və kimi birinci növbədə aşırmaq, kiminlə isə sazişə gəlməyin mümkünlüyündə.
Bununla belə, terrorçular açıq-aşkar təslim olmağa hazırlaşmırlar. Və nə qədər ki onların ABŞ-ın işğalı altında olan, müstəqil dövlətdən başqa nə istəsən olan İraqda bazası var, bu nəğmə hələ bir xeyli illər davam edəcək.
Sanki terrorçulara qarşı elan edilmiş müharibəyə baxmayaraq, ən yaxın vaxtda Tükiyənin buna halı olmayacaq. Xüsusən də terrorçularla internetdə döyüşməsələr. Bunun üçün ordu lazımdır, bununla bağlı isə türklərin yaxın vaxtlarda gərginliyi cizgilənir. Zabit korpusundan 6000 hərbçinin həbs edilməsi zarafat deyil. Aydındır ki, bir qismini buraxacaqlar, lakin…
İŞİD və kürdlər bu durumdan gen-bol istifadə etməsəydi, təəccüblü olardı. Əminik ki, istifadə edəcəklər.
Xəritəboyu yolumuza davam edək – yuxarı və sağa doğru. Orada bizim iki islahedilməz qonşumuz var: Ermənistan və Azərbaycan. Rusiyanın KTMT üzrə müttəfiqi və Türkiyənin “kiçik qardaşı”. Artıq bu il Qarabağda məşq olub, ona görə də vəziyyət prinsipcə normaldır. Və qonşular müəyyən istək və “yardım” halında normal cənublu ehtirası ilə yenidən bir-birinin yalmanından yapışacaqlar. Əminik.
Digər tərəfdən, praktikanın göstərdiyi kimi, Qarabağ bölgəsində durumu dilətutma ilə olmasa da, heç olmasa, kənardan daha güclülərin çımxırtısı ilə qaydaya salmaq mümkündür. Hələlik qulaq asırlar, bu “hələlik” nə qədər çox çəkəcək – demək çətindir. Lakin həm Ermənistanda, həm də Azərbaycanda daxili qüvvələr tərəfindən məşqlər artıq baş verib. Xatırladığınız kimi, hər şey yenə də sanki stəkana sığışıb, lakin yenə də yanğın salmaq zaman və istək məsələsidir.
Bizim nəzərlərimiz bir qədər uzağa yönəlib. Ora – Xəzərin o tayına.
Nə qədər qəribə görünsə də, biz Əfqanıstana laqeyd qaldıq. Birincisi, orada Məsudun “Şimal koalisiyası” hökm sürür, hər şey azdan-çoxdan sakitdir, ikincisi, indikindən daha pisi baş verəcəksə də, teziklə olmayacaq.
Orta Asiya. Özbəkistan.
Fikrimizcə, bura “yandırılması” daha sərfəli olan bir nöqtədir. Və əgər sərhədlərimizin yaxınlığında gərginliyin daim qızışdırılmasını görürüksə, onda bu da sizə bu güc və vəsaitlərin mümkün tətbiq məntəqəsi.
Deyəcəksiniz ki, Özbəkistan hara, bizim sərhədlərimiz hara?
Hər şey çox sadədir. Əslində, sərhədlərimiz xəritəyə nəzər salarkən ilk baxışda göründüyündən daha yaxındır. Lakin əvvəlcə bir-iki kəlmə ölkənin özü haqqında.
Yetərincə inkşaf etmiş ölkə – həm də daha iddalı planlarla. Özbəkistan iqtisadiyyatı ən dinamik inkişaf edən iqtisadiyyatlar sırasındadır. Qızıl (dünyada 4-cü yer), uran (7-ci yer), molibden (8-ci yer) kəşfiyyatı məlumatları ilə bağlı məsələ kifayət qədər yaxşıdır. Sanki ehtiyatların və kənd təsərrüfatı məhsullarının (pambıq və qaragül dəri) həm hasilatı, həm də satışı ilə bağlı məsələlər də pis deyil.
Düzdür, kifayət qədər gözəl rəqəmlərə və dünya reytinqlərində gözəl yerlərə baxmayaraq, rusiyalılar üçün məhz bu ölkənin vətəndaşları işə düzəlmək sahəsində tamamilə vərdiş edilən olublar. Qəribədir, lakin faktdır.
Bununla belə, Özbəkistan qalan qonşular üçün olduqca iddialı qonşudur. Həm də Kərimov öz qonşularına münasibətdə kifayət qədər sərt və praqmatik siyasət yürüdür.
Bəli, Özbəkistan ordusu tamamilə layiqli ordudur. Ən azı, ilk baxışdan Tacikistan və Qırğızıstanın silahlı qüvvələrindən üstündür və yalnız Türkmənistan ordusundan geri qalır. Lakin Türkmənistan bölgədə tərəfsiz siyasət aparır, Qırğızıstan və Tacikistan isə KTMT üzvüdür. Bu təşkilatı 1999-cu ildə tərk etmiş Özbəkistandan fərqli olaraq.
Biz qonşu Qazaxıstanı bilərəkdən kənara qoyuruq. Tamamilə müəyyən səbəblərə görə. Opponentləri bugünki cənab prezident və millətin lideri, dünənki Sov.İKP MK Siyasi Bürosunun yoldaş üzvü Nursultan Abişeviç Nazarbayevi nə qədər tənqid etsələr də, o, tamamilə aydın bir kurs aparır – bu zaman istənilən rəngin total çevrilişini təsəvvür etmək çətindir. Çəhrayı, şabalıdı və s. Xüsusən də ona görə ki, Qazaxıstanda yanğın məşqi artıq baş verib. Bu barədə yazmışıq, təkrarçılığa dəyməz. Eynilə Qazaxıstan və Özbəkistan ordularını tutuşdurmağına dəymədiyi kimi.
Bu gün bizim görüntü və anlayışmızda ən neqativ olan mətləb nədir? Özbəkistan yuxarıda sadalanan ölkələr içində ən dindar ölkədir. Bura Orta Asiyada İslamın mərkəzidir. Bundan qaynaqlanan bütün nəticələrlə. Nəticələri hamımız bilirik. Necə deyərlər, ailə çirkinsiz olmur, lakin nədənsə bu gün terrorçu xarakterli çirkinlərin əksəriyyəti məzh müsəlman ailələrindən çıxır. Təəssüflər, lakin faktdır.
Dini təsir qonşu ölkələrin heç birində olmadığı qədər məhz Özbəkistanda bu qədər güclüdür. Bu da faktdır. Hətta qazaxıstanlı dostlarımızın fikrincə, bu gün aşkar mürtəce xarakterli dini xadimlər axını məhz Özbəkistan ərazisindən gəlir. Qazaxıstanda imamlara dövlət sertifikatı tərtbiq etməklə bunun öhdəsindən gəliblər. Lakin o, Qazaxıstandır… Yeri gəlmişkən, "Gellap" institutunun (AŞ) məlumatına görə, Özbəkistan Orta Asiyanın ən dindar ölkəsidir.
Bəzi yekunları vuraq. Ən əsaslarından başlayaraq, bəndlər üzrə:
1. Özbəkistan İslam dininin olduqca güclü təsirə malik olduğu ölkədir.
2. Qonşulara (Qırğızıstan, Tacikistana) qarşı həm iqtisadi səciyyəli (məsələn, su bəndlərinin inşası), həm də ərazi xarakterli iddiaları var.
3. “Bölgənin birinci ölkəsi” rütbəsinə iddia.
4. Avrasiya İqtisadi Birliyi (AİB), KTMT və bu cür təşkilatlara üzvlüyü dəstəkləməyən xarici siyasət.
5. Zəngin xammal bazası.
6. Rusiyanın KTMT üzrə müttəfiqləri və AİB üzrə tərəfdaşları ən yaxşı münasibətdə olmadığı qonşulardır.
Hətta Kərimov bu gün “həm sizinkilərə, həm də bizimkilərə” tipli siyasət yürüdür. Rusiya ilə münasbətləri mürəkkəbləşdirmir, lakin bizim “tərəfdaşlarımız”a avans verir. Bu üslubda işləmiş bəzi siyasətçilərin (məsələn, Qəddafi, Yanukoviç) obrazı və bənzərliyi üzrə fikir yürüdülsə, onda Kərimovun gələcəyi heç də sevindirici işıqda görünmür.
Bu ilin aprel-mayında yazmışdıq ki, Türkiyə gec-tez ayağa qalxacaq. Türkiyə qalxdı. Məsələ bundadır ki, antirusiya güclərinin növbəti vektoru hara yönələcək? Zəif yerlər var. Bu, həm Qarabağ, həm də Moldovadır.
Tamamilə mümkündür ki, düşmənlərimiz novbəti tonqalı Qazaxıstan, Qırğızısan, Tacikistanın simasında dost və müttəfiqlərimizin olduğu Orta Asiyada qalamağı lazım bilsinlər (yaxşı, Qazaxıstan Avrasiyadır, lakin bizim günahımız deyil ki, o, ərazicə bu qədər böyük və Özbəkistanla həmsərhəddir).
Niyə məhz sadalanan ölkələrdə yox? Qazaxıstandan artıq danışmışq. Qırğızıstan və Tacikstandan fərqli olaraq, sadəcə, Özbəkistanda başqalarını maraqlandıra biləsi mətləblər çoxdur: qızıl, uran, neft və qaz. Bağışlayın, bu, Ukrayna zavodları və qara torpaqlar deyil. Bu, diri pullardır…
Tərcümə Strateq.az-ındır.