Sənə hörmət olunmadığının – 5 əlaməti

30-11-2023, 09:04           
Sənə hörmət olunmadığının – 5 əlaməti
Özünə hörmət və digərlərinin sənə hörməti arasında qızıl qayda nədir?
Niyə insan digərlərindən aşırı hörmət gözləyir? Ümumiyyətlə, hörmətsizlik nədir?
Tribunainfo.az xəbər verir ki, psixoloqlar hörmətsizliyin əlamətlərini açıqlayıb.
1. Sizin fikrinizi heç sayırlar,tam iqnor var. Bu heç də mənim fikrim keçməlidir demək deyil. Kompaniyda, işdə, mühitdə sizə də söz haqqı verilməlidir. Sizə tərəf heç kim dönmür və ya yoxmuş kimi sayırlar.
2. Daim sözünüzü kəsirlər, axıra kimi qulaq asmırlar. Bu həm də qarşı tərəfin tərbiyə səviyyəsindən asılıdır.
3. Şəxsi sərhədlərin pozulması – iş yerini, masanı, əyləşdiyin yeri icazəsiz zəbt edir, əşyalarından istifadə.
4. Sizi daim tənqid, təhqir edirlər, səhvlərini daha çox qabardırlar
5. Sizi görüşlərə, tədbirlərə, birgə işlərə dəvət etmirlər.
Sizi gəmidən kənarda saxlayırlar. Yəni sizsiz özlərini daha yaxşı hiss edirlər.
Bu hallar evdə, doğmalar arasında, işdə, məktəbdə ola bilər. Vəziyyəti dəyişmək üçün psixoloqla özgüvəni və davranış tərzini işləməlisiz.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.