“Parabank” ASC niyə bağlandı? - İlginc iddialar
16-08-2016, 13:43
Məlum olduğu kimi, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının 21 iyul 2016-cı il tarixli qərarına əsasən “Dekabank” ASC, “Kredobank” ASC, “Parabank” ASC və “Zaminbank” ASC-nin bank lisenziyaları ləğv edilib.
Palatadan verilən məlumata görə, qurum bu qərarını həmin bankların aktivlərini qanunvericiliklə tələb olunan qaydada təsnifləşdirmədiklərinə, mümkün zərərlər üzrə adekvat ehtiyatlar yaratmadıqlarına, məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiklərinə, təhrif edilmiş hesabatları təqdim etdiklərinə, bütövlükdə cari fəaliyyətlərini etibarlı və prudensial qaydada idarə etmədiklərinə, eləcə də nəzarət orqanının verdiyi yazılı göstərişləri yerinə yetirmədiklərinə görə qəbul edib.
Lakin Respublika Veteranlar Təşkilatının, Ağsaqqallar Şurasının və Ziyalılar İttifaqının üzvü Vəfa Həbibzadənin redaksiyamıza göndərdiyi araşdırma yazısında məsələnin qoyuluşu bir qədər fərqlidir. Həmin yazını olduğu kimi təqdim edirik:
““Parabank” ASC özəl təşkilatdır. 25 il əvvəl qanun əsasında yaradılıb, qanun əsasında 25 ildir öz əmanətçiləri - mülkiyyətçilərilə fəaliyyət göstərir. Azərbaycanda yeganə bankdır ki, “Parabank” ASC öz mükəlləfiyyətçiləri ilə düzgün münasibət qurmuşdur.
“Parabank” ASC - mülkiyyətçinin və onun əmanətçilərinin - mülkiyyətçilərinin hüquqlarını AR Konstitusiyasının
Maddə 12.1. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir.
Maddə 13.1. AR-da mülkiyyət toxunulmazdır və dövlət tərərfindən müdafiə olunur.
Maddə 13.2. Mülkiyyət - dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.
AR MM-nin:
Maddə 6.1.4. Mülkiyyət toxunulmazdır.
Maddə 6.1.9. Mülkiyyət hüquqla rının məhkəmə müdafiəsi.
Maddələrinin tələbləri qorunur.
Bu gün “Parabank” ASC-nin və onun əmanətçilərinin - mülkiyyətçilərinin qanuni konstitusion hüquqlarının AR Maliyyə Bazalarına Nəzarət Palatası 21.07.2016-cı il tarixli 16 saylı iclas Protokolunun “Mümkün zərərlər üzrə adekvat ehtiyatlar yaratmadığına, aktivlərini qanunvericiliklə tələb olunan qaydada təsnifləşdirmədiyinə, məcmu kapitalının minimum məbləği tələbinə əməl etmədiyinə, məruz qaldığı itkiləri maliyyə hesablarında düzgün əks etdirmədiyinə, təhrif edilmiş hesabatların təqdim edilməsinə, bütövlükdə cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə, eləcə də nəzarət orqanının verdiyi yazılı göstərişləri yerinə yetirmədiyinə görə “Parabank” ASC-nin fəaliyyəti dayandırılsın” qərarı əsassız, əvvəlcədən planlaşdırılmış, qondarılmış faktlar əsasında qəbul edilərək “Parabank” ASC-nin və 16000 əmanətçi - mülkiyyətçinin konstitusion hüquqları pozulmuşdur. 16000 cəmiyyətin orta-aşağı təbəqə əhalisi bədbəxt vəziyyətə qoyulmuşdur. Özəl mülkiyyətçilərin əmanətlərinə müdaxilə etmək məqsədilə uzun illərdir fikirləşib “sığorta” kələyi qondarılmışdır. Özəl qurum o vaxt fəaliyyətini dayandırır ki, o, müflisləşsin - bankrot olsun. “Parabank” ASC müflisləşmədiyi bir halda, 16000 əmanətçisi - mülkiyyətçisi olan 21.07.2016-cı ilə kimi normal fəaliyyət göstərən, özəl təşkilatın fəaliyyəti əsassız, düzəldilməsi mümkün olan səhvlərə görə bağlana bilməz. AR Konstitusiya Məhkəməsi əsassız qəbul olunmuş qərarın qanuniliyi, 16000 mülkiyyətçinin konstitusion hüququnun pozulması faktlarını yoxlamalıdır.
Bəs həqiqət nədir? Niyə 16000 əmanətçinin - mülkiyyətçinin konstitusion hüququ pozulmuşdur?
Çünki Azərbaycanda yeganə bankdır ki, öz əmanətçiıəri - mülkiyyətçilərilə müqaviləni 14%, 16,5%, 17% illik ödənişlə müqavilə bağlayır. Bu, “Parabank” ASC-nin fəaliyyətinin dayandırılmasına əsas səbəbdir. Hakimiyyətdəkilərin uzun müddətdə qondardıqları sığorta faizi, sığorta məbləği “Parabank” ASC-ni və onun 16000 əmanətçi - mülkiyyətçilərini soymaq üçün oyunbazlıq üsuludur. “Parabank” ASC-nin əmanətçiləri - mülkiyyətçiləri “Parabank” ASC-lə 14%, 16,5%, 17% müqavilə bağlayıblar, sığorta oyunbazları ilə yox. Ona görə də “Parabank” ASC-nin fəaliyyətini dayandıran AR Maliyyə Bazarlarına Nəzarət Palatası öz qərarında “Parabank” ASC-nə 4 ay müddət verməlidir ki, bank öz əmanətçilərilə bağlanmış müqavilə əsasında, mülkiyyət borcunu qaytarsın.
Sığortaçıların nə ixtiyarı var ki, özəl “Parabank” ASC-nin və onun əmanətçilərinin - mülkiyyətçilərinin mülkiyyətini əllərinə keçirsin? Bu, “Parabank” ASC-nin və onun mülkiyyətçilərinin konistitusion hüquqlarının pozulmasıdır.
Bu gün “Parabank” ASC-nin başına açılan oyun 1994-cü ildə “Vahidbank”ın başına açılmışdır. Necə:
“Vahidbank” ASC öz qəzetində təkrar-təkrar yazırdı. Hakimiyyətdəkilər imkan versələr, Azərbaycanı Küveytə döndərərik. Bu sözə görə Rəsul Quliyevin təklifilə “Vahidbank” ASC donduruldu.
Əvvəlcə “Vahidbank” ASC başçısını cinayətkar edib həbs etdilər. Sonra “Vahidbank” ASC-nin kompüter bazasını yandırdılar. Daha sonra “Vahidbank” ASC-nin əmanətçilərinə elan etdilər: “Kim əmanəti geri almaq istəyir, gəlsin siyahıya yazılıb, əmanətin məbləğini göstərsin. 4 aydan sonra əmanıtin almağa gələnlərə dedilər: (“Vahidbank” ASC-nin binasının qapısında Rəsul Quliyevin polisini oturtdular) “Gedin, bir də bura ayağınız dəyməsin. Yaşamaq istəyirsinizsə, “Vahidbank” ASC-ni yaddan çıxarın”. Beləliklə, Rəsul Quliyev “Vahidbank” ASC-nin və onun əməkdaşlarının pullarını mənimsədi.
Görəsən, həmin faciəni bu gün “Parabank” ASC-nin əmanətçiləri də yaşayacaqmı? Əminəm ki, Azərbaycanın dövlət başçısı cənab İlham Əliyev buna imkan verməyəcək”.
Təzadlar