Bordo məhlulu bitkiləri hansı xəstəliklərdən qoruyur?

29-03-2024, 12:07           
Bordo məhlulu bitkiləri hansı xəstəliklərdən qoruyur?
Kənd təsərrüfatlarında bitkiləri müxtəlif xəstəliklərə yoluxmaqdan effektiv şəkildə qoruyan Bordo Məhlulu tərkibli funqisidlər fermerlərin sevimli bitki qoruma vasitələridir. Sözügedən funqisid bitkilərdə müxtəlif xəstəliklərə qarşı effektiv və sürətli təsirediciliyi ilə seçilir. Tünd qırmızı rəngdə olan Bordo Məhlulunun tərkibində sönmüş əhəng və mis sulfat qarışığı (göztaşı) yer alır. Bitkilərin xəstəliklərə yoluxmazdan əvvəl tətbiq edilməsi məqsədəuyğundur.
Bordo Məhlulu Nə Zaman Tətbiq Olunur?
Bordo Məhlulu payızda məhsul yığımından sonra və yazda çiçək qönçələri açılmazdan əvvəl istifadə olunur. Bu şəkildə tətbiq forması bitkiləri növbəti mövsümdə potensial xəstəliklərdən qoruyur.Bordo Məhlulu Hansı Bitkilərə Tətbiq Olunur?Bordo Məhlulu sərt və yumşaq çəyirdəkli meyvə ağaclarında, püstədə, ərikdə, şaftalıda, armudda, heyvada, zeytunda, gilasda, tərəvəzlərdə xəstəliklərin qarşısını almaq üçün tətbiq olunur.Bordo Məhlulu Hansı Xəstəliklərə Qarşı Tətbiq Olunur?Bordo Məhlulu əsasən ölü kol, yarpaqlarda dəliklərin yaranması, qonur çürümə, qarazəng, pas, fomopsloz xərçəngi, antraknoz, tüklü küf, yarpaqların qıvrılması, üzük ləkə kimi xəstəliklərə qarşı effektiv təsirediciliyə malikdir.
Bordo Məhlulu Necə Tətbiq Olunur?
Bordo Məhlulu hazırlanarkən əvvəlcə əhəng suyu, daha sonra isə mis sulfat qarışığının həll olunduğu su əlavə ediməlidir. Hazırlanmış qarışıq ağacların gövdələrinə və budaqlarına çilənir. Bordo Məhlulunun digər bitki qoruma vasitələri ilə qarışdırılması tövsiyə olunmur. Tətbiqi zamanı temperaturun 20°C-dən aşağı olması vacibdir. Eyni zamanda, tətbiqindən sonra yağışlı, şaxtalı, küləkli və ya qarlı hava şəraitinin olacağı gözlənilirsə istifadə edilməməlidir. Çünki, bu halda effektivliyini itirir. Tətbiqindən sonra yağış yağarsa tətbiq yenidən təkrarlanmalıdır.
Bordo Məhlulu Əsaslı Hansı Funqisidlər Var?
1 . “Hektaş bordo 20 WP” funqisidiAlmada qaraləkəyə, bağlarda ölü kol xəstəliyinə, şaftalıda yarpaq qıvrılmasına, zeytunda halqalı ləkəyə, pomidorda çürümə xəstəliklərinə qarşı çiləmə üsulu ilə tətbiq olunur.2 . “Deva Bordo” funqisidiŞaftalıda yarpaq qıvrılması, bağda tozlu küf, ərikdə yarpaq dəlikliyi, almada qaraləkə, zeytunda halqalı ləkə xəstəliklərinə qarşı tətbiq olunur.3 . “Dallas Bordo 20 WP” funqisidiŞaftalıda yarpaq qıvrılması, bağda tozlu küf, ərikdə yarpaq dəlikliyi, almada qaraləkə, zeytunda halqalı ləkə xəstəliklərinə qarşı tətbiq olunur.
Bordo Məhlulu Əsaslı Funqisidləri Necə Əldə Etmək Olar?
Təsərrüfatlarda, bağ və həyətyanı sahələrdə məhsul yetişdirilməsi zamanı xəstəliklərə qarşı effektiv təsirediciliyə malik Bordo Məhlulu əsaslı bitki mühafizə vasitələrini (funqisidləri) kənd təsərrüfatı məhsullarının satışı üzrə ixtisaslaşan gubre.az aqrar ticarət şəbəkəsinin ölkəmizin müxtəlif bölgələrində yerləşən 200-dən çox satış nöqtəsindən əldə etmək mümkündür. Eyni zamanda təsərrüfat sahibləri 828 qısa nömrəsi ilə əlaqə saxlayaraq və ya gubre.az vebsaytına və sosial media hesablarına (Instagram, Facebook, LinkedIn) daxil olaraq, sifarişlərini həyata keçirə bilər. Qeyd edək ki, subsidiyalı satış imkanlarından yararlanaraq və ya fermer kartı ilə bitki toxumlarını, həmçinin, bitki qoruma və bitki bəsləmə vasitələrini əldə etmək mümkündür.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.