18 il əvvəl qətlə yetirilən taksi sürücüsünün qatilləri TAPILDI - VİDEO

1-04-2024, 11:28           
18 il əvvəl qətlə yetirilən taksi sürücüsünün qatilləri TAPILDI - VİDEO
Ötən il Bakı Ağır Cinayətlər Məhkəməsində 18 il əvvəl qətl törətməkdə təqsirləndirilən Bəxtiyar Dadaşovun cinayət işi üzrə məhkəmə iclasında şahid qismində taksi sürücüsü Elxan Qədirov ifadə verib.
Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə şahid təqsirləndirilən şəxsi tanımadığını bildirib.
O deyib ki, qətl hadisəsi baş verən günü işdə olub.
Məhkəmənin növbəti iclası oktyabrın 11-nə təyin edilib.
Qeyd edək ki, hadisə 2003-cü ilin dekabrında paytaxtın Suraxanı rayonunda qeydə alınıb.

Belə ki, B.Dadaşov tanışı İlham Məmmədov 2003-cü ilin dekabrın 19-da “Fəvvarələr meydanı” adlanan ərazidə gəzərkən pul qazanmaq məqsədi ilə taksi sürücüsünü oğurlamaq qərarına gəliblər. Bunun üçün “QAZ-24” markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olan Ramiz Əmirova yaxınlaşıb Əmircan qəsəbəsinə aparmağa dair razılaşıblar, ünvana çatdıqdan sonra gecə vaxtı olmasından istifadə edərək hər ikisi R.Əmirova müxtəlif dərəcəli bədən xəsarətləri yetirməklə pulunu ələ keçiriblər, bununla qane olmayıb sonuncunun arvadına zəng edib ərini oğurladıqlarını bildirərək, sərbəst buraxılması müqabilində pul tələb ediblər.
Lakin bir müddət sonra B.Dadaşov və İ.Məmmədov ifşa olunmaqlarından ehtiyatlandıqları üçün R.Əmirovu boğaraq qəsdən öldürüblər.
Keçirilən zəruri istintaq hərəkətləri nəticəsində 2021-ci ilin dekabrın 15-də B.Dadaşova Cinayət Məcəlləsinin 120.2.1, 120.2.6, 120.2.9 və 120.2.11-ci maddələri ilə ittiham elan olunub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Cinayətin digər iştirakçısı İ.Məmmədov vəfat etdiyinə görə, onun cinayət işi üzrə icraata xitam verilib.
Baş vermiş qətl hadisəsinin istintaq materialları məlum olub.

Daha ətraflı videosujetdə:













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.