Ukrayna ordusu yaya qədər məğlub olacaq - "The Standart"

1-04-2024, 18:04           
Ukrayna ordusu yaya qədər məğlub olacaq - "The Standart"
Ukrayna Silahlı Qüvvələrini yaya qədər məğlubiyyət təhlükəsi gözləyir.
Bu fikirlər Britaniyanın “The Standard” saytında dərc olunan məqalədəndir. Nəşr yazır ki, Rusiya ordusu hazırda bütün cəbhə xətti boyunca Ukrayna Silahlı Qüvvələrinin mövqelərinə doğru güclü hücumlar təşkil edir. Ukrayna hərbi qüvvələri isə artıq tükənib.

Rusiya ordusu Ukraynanın "mühüm şəxsi"ni vurub?“Kiyevin Qərb müttəfiqləri real durumu getdikcə daha çox anlayırlar. Yəni, Ukrayna artıq Rusiya ilə silahlı münaqişədə uduzur və onlar yaya qədər tam şəkildə məğlubiyyətə uğraya bilərlər”, - məqalədə qeyd edilir.

Müəllif yazır ki, Qərbdə artıq passiv şəkildə Ukraynaya dəstək istəyini ortaya qoyurlar. Bəzi ölkələr isə münaqişənin danışıqlar yolu ilə tez bir zamanda dayandırmaq istəyir: “Təəssüf ki, Ukraynada gördüklərimiz və müşahidələrimiz onu göstərir ki, artıq çox gecdir...”.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022 ilin fevralın 24-də başlayıb. İlk günlərdə Moskva qoşunları Kiyevə qədər yeridə bildi. Lakin sonradan ruslar geri çəkilmək məcburiyyətində qaldılar. Ukrayna qoşunları isə ötən ilin iyunundan əks-hücum əməliyyatları keçirsələr də, ciddi nəticələr əldə etmədilər. Son aylarda Rusiya cəbhədə yenidən üstünlüyü ələ alıb.

AzVision.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru