Dünyanın ən təvazökar milyarderi
21-04-2024, 10:45
“Duty Free Shoppers ” (DTS) mağazalar şəbəkəsinin qurucusu olan Çarlz Fini dünyanın ən təvazökar milyarderi adlandırılır. Onu həm də "milyardsız milyarder" və ya "ən kasıb milyarder" də adlandırırdılar.
Çarlz Fini həyatı boyu bütün var-dövlətini qlobal xeyriyyəçiliyə həsr etmiş irland əsilli amerikalı iş adamı və xeyriyyəçisi olmuşdur.
2023-cü ildə 92 yaşında San-Fransiskoda dünyasını dəyişən Fini böyük sərvətə sahib olmasına baxmayaraq,çox sadə həyat tərzi yaşayıb. Həmişə ekonom-klasda uçaraq, getdiyi ölkələrdə kiçik kirayə mənzillərdə yaşayıb. Cəmi 15 dollarlıq saat və sadə köynək geyinib, bahalı restoranlar əvəzinə sadə qəyanaltı yerlərinə gedib. Və həmişə də metro və taksilərdən istifadə edib. Çox adam onu "simic, xəsis" adlandırsa da, əslində isə bu belə deyildi. Çünki, o,son 30 ildə xeyriyyəçilik üçün 6 milyard dollardan çox yardım etmişdir. Maraqlıdır ki, Çarlz Fini bütün bu xeyriyyəçilik işlərini anonim olaraq etmişdir. "Həyatda ikən pul bağışlamaq öldükdən sonra miras qoymaqdan daha əyləncəlidir" deyən milyonçu, ani qərarla bütün sərvətini - təxminən 8 milyard dolları xeyriyyəçilik üçün bağışlamaq qərarına gəlir. Bu böyük məbləğ məktəblərin, universitetlərin, elmi mərkəzlərin, qocalar evlərinin, xəstəxanaların tikintisinə və inkişafına xərclənir. Onun ianələri Vyetnamdakı dövlət xəstəxanalarına, Haitidəki humanitar layihələrə və Cənubi Afrikadakı HİV və QİÇS klinikalarına verilir. Sərvətinin 250 mini təhsil aldığı kollecə, 1 milyardı məzun olduğu "Kornell " Universitetinə bağışlanır. Bütün bu addımlarına görə “Forbes” jurnalı milyarderə "xeyriyyəçiliyin Ceyms Bondu" adını vermişdi. Həyatının son illərində həyat yoldaşı ilə iki otaqlı mənzildə yaşayan Fininin maşını belə yox idi.
Milyarderlər Varren Buffett, Bill Gates və Ceff Bezos kimi milyarderlər də Finidən ilhamlanaraq xeyriyyə işlərinə qoşulublar.
Elşad Səfərov
TEREF