"Özüm də o ətdən yemişəm" - Zəhərlənməyə səbəb olan dönərxananın sahibi - VİDEO

8-05-2024, 09:44           
"Özüm də o ətdən yemişəm" -
“Mən daxil bütün işçi kollektivi dönərdən yedik, səhhətimizdə heç bir problem yoxdur”.
Bu sözləri Baku TV-yə müsahibəsində Zaqatala rayonunda fəaliyyət göstərən dönərxananın sahibi Rəsul Fətəliyev deyib.
O bildirib ki, bu gün 200 ədəd dönər satılıb:
“Toyuqla bağlı problem olub. Halbuki, hər gün toyuğu eyni şirkətdən alırıq”.
Əldə olunan məlumata görə, zəhərlənən şəxslər Zaqatala şəhərinin müxtəlif dönərxanalarında hazırlanmış dönərlərdən istifadə ediblər.
Qeyd edək ki, zəhərlənənlərin sayının 40-a çatdığı bildirilir. Hazırda zərərçəkənlərə tibbi yardımın göstərilməsi davam edir. İlkin ehtimala görə, zəhərlənmə toyuq ətindən hazırlanan dönərdən baş verib.
Ətraflı süjetdə:













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.