"Mən kişiyəmsə, başıma papağı bir dəfə qoyuram" - Həyat yoldaşını qətlə yetirən şəxs

12-06-2024, 13:06           
"Mən kişiyəmsə, başıma papağı bir dəfə qoyuram" - Həyat yoldaşını qətlə yetirən şəxs
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə Cinayət Məcələsinin 120.1-ci maddəsi ilə təqsirləndirilən Zeynalov Zaman Məhəmməd oğlunun məhkəmə prosesinin növbəti iclası keçirilib.

"Unikal"ın məlumatına görə, şahid qismində təqsirləndirilən şəxsin oğlu Amid Zamanov ifadə verərək bildirib ki, "Atam anama xəsarət yetirib. 5 ildir ağır yaşayırıq. Hadisə olan vaxtı Rusiyadan təzə gəlmişdik. Anam xəstəlikdən əziyyət çəkirdi. Son müddət bacımın həyat yoldaşından ayrılmasından və evə qayıtmasından ailəmizdə mübahisə daha da böyümüşdü. Anamın ölümünə gəlincə isə, səsə gəldim, gördüm anam uzanıqlı vəziyyətdədir. Mən hadisə yerinə çatanda artıq iş işdən keçmişdi".

Təqsirləndirilən Zaman Zeynalov oğlunun ifadəsinə münasibət bildirib: "Qızım Səmanın nişanı bir dəfə qayıtdı. Sonra ərə verdik. Təzədən düz gəlmədi, boşandı, gəldi. Mən kişiyəmsə, papağı başıma bir dəfə qoyuram. Pərvanə çıxdı getdi, 2 il gəlmədi sonra təzədən məni dartdı qaytardı evə".

Növbəti şahid qismində təqsirləndirilənin digər oğlu Qamət Zeynalov qeyd edib ki, atası anası Zeynalova Pərvanə Şahbaz qızını qətlə yetirib: "Anam bacım Səmanı ər evindən götürüb gətirdi. Mən bu Vətənin vətənpərvər oğluyam, 44 günlük döyüşlərdə iştirak etmişəm, anamızı itirdik, heç olmasa atama aşağı cəza verin. Atam özü hadisədən sonra könüllü gedib polisə təslim oldu".

Məhkəmə prosesi 10 iyul tarixinə kimi təxirə salınıb.

Xatırladaq ki, Zaman Zeynalov ötən ilin yanvar ayında Qobustan qəsəbəsində həyat yoldaşı Pərvanə Zeynalovanın boğazını kəsərək qətlə yetirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.