Şirkətlə rəhbəri arasında nə baş verib?

20-07-2024, 12:08           
Şirkətlə rəhbəri arasında nə baş verib?
Ləğv prosesində olan "Xəzri Solutions" MMC məhkəməyə verib.

Valyuta.az xəbər verir ki, iddiaçı Hüseynov Mübariz Əhmədağa oğludur.

Mübariz Hüseynov şirkətin rəhbəri olub. İşin mahiyyəti korporativ mübahisələrlə bağlıdır.

İş hazırda apellyasiya mərhələsindədir. Şikayəti Mübariz Hüseynovun verdiyi bildirilir.

Vüsalə Baxışova iş üzrə hakim təyin edilib.

"Xəzri Solutions" MMC əvvəl "Gilan Holdinq" MMC adı altında fəaliyyət göstərib.

"Gilan Holdinq"in adı ötən il dəyişdirilib. Uzun illər bu holdinq fövqəladə hallar naziri Kəmaləddin Heydərovun şirkəti kimi tanınıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru