Otellərdə verilən şampunları niyə işlətmək olmaz? - Xəbərdarlıq

18-08-2024, 00:13           
Otellərdə verilən şampunları niyə işlətmək olmaz? - Xəbərdarlıq
ABŞ-nin Texas ştatının San Antonio şəhərində yaşayan və daha əvvəl hotel meneceri işləmiş Melissa Henksin etirafları sosial şəbəkə istifadəçiləri arasında narahatlığa səbəb olub.

TikTok-da video paylaşan Henks müştərilərə hotellərdəki şampunlardan istifadə etməməyi tövsiyə edib.

Keçmiş menecer bildirib ki, otellərdə pulsuz verilən hamam-tualet ləvazimatları ilə ehtiyatlı davranmaq lazımdır. O, xüsusilə insanlara şampun, kondisioner və bədən losyonlarından uzaq durmağı məsləhət görüb:

''Duş qəbul edərkən ağzına qədər doldurulmuş şampun şüşələri hamamda sizi gözləyir. Heç vaxt bu şampunlardan istifadə etməyin, çünki sizdən əvvəl müştəri onların içərisinə nəsə tökmüş ola bilər. Bəzən belə məhsullarda saç boyası, ağardıcılara rast gəlirik. Məncə, otelə gələndə özünüzlə mini ölçülü şampun və losyonunuzu gətirin.

Öz qulluq vasitələriniz yoxdursa, resepşına gedin və yeni qulluq dəsti istəyin. Belə xoşagəlməz hallarla gözlənildiyindən də tez-tez rastlaşırıq”,- o söyləyib.

Sosial şəbəkə istifadəçilərindən biri isə bildirib ki, şampunun içərsinə tük tökən krem əlavə edənlər də olur.

Sözügedən video sosial şəbəkələrdə 1 milyondan çox baxış toplayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.