FTX polkovniklərinin şok əməlləri – Katolik kiləsinin keşişlərini buna məcbur ediblər...

18-08-2024, 10:24           
FTX polkovniklərinin şok əməlləri –
Hərbi məhkəmə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) iki polkovnikini katolik keşişlərindən rüşvət aldığına görə 9 il müddətinə ağır rejimli koloniyada cəza çəkməyə göndərməklə cəzalandırıb.

”AzPolitika” “Kommersant”-a istinadla xəbər verir ki, Yevgeni Lobanov və Denis Karmanov Roma Katolik Kilsəsinin nümayəndələrini onlara rüşvət verməyə məcbur ediblər. Onlar ümumilikdə Rusiya arbitraj məhkəmələrində himayədarlıq üçün təxminən 20 milyon rubl alıblar. Bundan əlavə, Karmanov axtarış zamanı aşkar edilmiş silah və sursatların qanunsuz dövriyyəsində ittiham olunur.

Məhkəmənin hökmü ilə polkovniklər 9 il müddətinə azadlıqdan məhrum edilib. Onlara cəzalarını çəkdikdən sonra 3 il müddətinə dövlət orqanlarında rəhbər vəzifələrdə işləmək də qadağan edilib. Məhkəmə onların hər birinə 39 milyon rubldan çox cərimə də kəsib.

İstintaq və məhkəmə prosesi zamanı Lobanov və Karmanov öz təqsirlərini etiraf ediblər. Lakin hakimlərə və vəzifəli şəxslərə təsir edə bilmədiklərini qeyd edərək cinayətin xüsusilə böyük miqyasda rüşvətxorluqdan dələduzluğa tövsif edilməsi barədə vəsatət qaldırıblar. Lakin məhkəmə ittiham tərəfinin mövqeyi ilə razılaşıb.

Roma Katolik Kilsəsinin nümayəndələri cinayət işinin materialları ilə tanış olmamalarını əsas gətirərək şərh verməkdən çəkiniblər.

“Kommersant” onu da qeyd edir ki, Yevgeni Lobanov əvvəllər 1,4 milyard rubl rüşvət almaqda ittiham olunan Daxili İşlər Nazirliyinin polkovniki Dmitri Zaxarçenkonun işi üzrə müdafiə tərəfin şahidi qismində məhkəmə qarşısına çıxarılıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.