Amerikalı alimlər qocalma əleyhinə dərmanı sınaqdan keçirir

19-08-2024, 11:58           
Amerikalı alimlər qocalma əleyhinə dərmanı sınaqdan keçirir
Amerikalı alimlər itlərin qocalmasını ləngidə bilən dərmanı sınaqdan keçirir.

"Report" xəbər verir ki, bu barədə ABC televiziya şirkəti məlumat yayıb.

"Telomir Pharmaceuticals" şirkətinin rəhbəri Kristofer Çapman və Klivlend klinikasının mütəxəssisi Maykl Roizen arasında əməkdaşlıq nəticəsində yaradılan dərman artıq iki yaşlı itdə - ölümcül xərçəng xəstəsi olan çoban itində və artritə yoluxan nyufaundlenddə uğurla sınaqdan keçirilib.

İtlərin sahibləri hər iki heyvanın vəziyyətinin qısa müddət ərzində xeyli yaxşılaşdığını iddia edir.

ABC qeyd edir ki, yeni dərman sayəsində kök hüceyrələri çoxalmağa başlayır və sözün əsl mənasında cavanlaşma müşahidə edilir. Hazırda sınaqlarda 10 it iştirak edir. Araşdırmanın nəticələri gələn ilin əvvəlində təqdim olunacaq. İnsanlarda klinik sınaqlar 2025-ci ildə başlaya bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru