Bakıda Putinə hansı yeməklər təqdim olunub? – Menyu açıqlandı

19-08-2024, 19:07           
Bakıda Putinə hansı yeməklər təqdim olunub? – Menyu açıqlandı
Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana səfəri zamanı keçirilən qəbulda təqdim olunan yemək menyusu açıqlanıb.

“Qafqazinfo”nun məlumatına görə, yemək masasına qara ikra, kükü, qızardılmış badımcan salatı, qızardılmış düşbərə və soyuq sup düzülüb.

Bundan başqa, ət və göy qutabları da ali qonağın şərəfinə menyuda yer alıb. Rusiya lideri milli mətbəximizdən yarpaq dolmasının da dadına baxıb.

Menyuda qızardılmış alabalıq da olub. Bundan başqa, masaya təndirdə qızardılmış keçi də gətirilib.

Milli şirniyyatların da yer aldığı menyuda şərablar da yerli olub.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru