Eynşteynin gözləri niyə bədənindən başqa yerdədir? Pul seyfində gizlədilir

20-08-2024, 10:14           
Eynşteynin gözləri niyə bədənindən başqa yerdədir? Pul seyfində gizlədilir
Eynşteyn 1955-ci il aprelin 18-də vəfat edəndə bədəni diqqət mərkəzinə düşdü.

İndex.az xəbər verir ki, Princeton Xəstəxanasının patoloqu Dr. Tomas Stoltz Harvey Albert Eynşteynin bədənini yarıb.

Yarılma zamanı Eynşteynin beyni müayinə üçün parçalandıqdan və fotoşəkili çəkildikdən sonra çıxarılıb və qorunub saxlanılıb.

Lakin Eynşteyn ölməzdən əvvəl beyninin çıxarılmasına razılıq verməyib. Bu səbəbdən yarılma çoxlu etik müzakirələrə səbəb olub.

Belə ki, onun gözləri seyfdə saxlanılır.

Gözlər, Eynşteynin oftalmoloqu Dr. Henri Abrams tərəfindən çıxarıldı və məhlulun içində saxlanıldı. Daha sonra Nyu-Yorkda bir bank kassasına qoyuldu və hələ də orada olduğu bilinir.

Həkim gözləri hansı araşdırmada istifadə etdiyi və niyə saxladığı ilə bağlı heç bir açıqlama verməyib. Bildiyimiz odur ki, onlar seyfdə əbədi yuxudadırlar…












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.