Azərbaycan bu il Rusiyaya xurma ixracını 71 faiz artırıb

20-08-2024, 15:54           
Azərbaycan bu il Rusiyaya xurma ixracını 71 faiz artırıb
2024-cü ilin əvvəlindən bəri Azərbaycandan Rusiyaya xurma ixracı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 71,3 faiz artıb.

“Report” xəbər verir ki, bu barədə Ruisyanın Federal Baytarlıq və Fitosanitar Nəzarət Xidməti ("Rosselxoznadzor") məlumat yayıb.

“2024-cü ilin əvvəlindən Rusiyaya Azərbaycandan 338,7 min ton meyvə-tərəvəz tədarük edilib ki, bu da 2023-cü ilin analoji dövrü üçün olan göstərici (352 min ton) ilə müqayisə oluna bilər. Eyni zamanda xurma tədarükü 71,3 % - 18,2 min tondan 31,2 min tona, nektarin 34,2 % - 14,1 min tondan 19 min tona, şaftalı 26,6 % - 13,7 min tondan 17,4 min tona, çiyələk 10,7 % - 17,6 min tondan 19,5 min tona, pomidor 9,7 % - 106 min tondan 116,2 min tona qədər artıb”, - “Rosselxoznadzor”un məlumatında deyilir.

Statistikaya əsasən, Rusiyadan Azərbaycana ərzaq kartofunun ixracının həcmi xeyli artıb - 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2,7 dəfə və 23 min ton təşkil edib. Soğan ixracı da 5,1 dəfə artaraq 7,7 min tona çatıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru