Alimlər xəbərdarlıq edir: Bu butulkalardan su içmək təzyiqi artırır

20-08-2024, 16:04           
Alimlər xəbərdarlıq edir: Bu butulkalardan su içmək təzyiqi artırır
Plastik butulkalardan mineral su, sərinləşdirici içkilər içmək qan təzyiqini artırır.
Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, Avstriyada elm adamları tərəfindən aparılan araşdırma nəticəsində bu qənaətə gəlinib.
Krems Universitetinin alimləri müəyyən ediblər ki, plastik butulkalardan mineral su, sərinləşdirici içkilər içmək sən demə, qan təzyiqini artırır.
Tədqiqatçılar plastik butulkalarda qablaşdırılmış içkilərdən maksimum şəkildə imtina etməyin vacibliyini vurğulayıblar. Onlar bildiriblər ki, şüşə və ya metal butulkalardan istifadə etməklə ürək-damar xəstəlikləri riskini azaltmaq olar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru