Özünü "firon" edən biznesmen qalmaqala yol açdı: tənqidlərdən sonra açıqlama - FOTO
20-08-2024, 17:24
“Yaroslavl Broyler”in idarə heyətinin sədri Elman Əzizov özünə keçirdiyi qeyri-adi doğum günü etməsi xəbərləri ilə gündəmə gəlib.
Buna səbəb biznesmeninin doğum gününə qatılanların qədim Misir üslubunda geyinməsi olub.
Qonaqlıqda E.Əzizovun firon obrazında arabada olması və onun qullar kimi geyindirilmiş şəxslər tərəfindən daşınması birmənalı qarşılanmayıb.
Sosial şəbəkə istifadəçiləri fotolarda işçilərin heç xoşbəxt görünmədiyini, işini itirmək qoruxusu ilə heç nə deyə bilmədiklərini yazıblar.
Fotolardan birində divarda “Elman” adı və iş adamının atasının adının baş hərfi “N” (Nazifoviç) hərfi əks olunub.
Şirkət isə çoxsaylı tənqidlərə görə açıqlama verib. Fotoların “Yaroslav Broyler”də keçirilən “Müəssisəsə günü”nə aid olduğunu bildirib. Qeyd edilib ki, bu il müəssisənin yarandığı gün İdarə Heyətinin sədri Elman Nazifoviç Əzizovun doğum gününə təsadüf edib.
Sözügedən tədbirdə işçilərin öz təşəbbüsü ilə Elman Əzizova sürpriz hazırladığı bildirilib.
“İldə bir dəfə, hər il belə bir bayram hazırlayırıq. Fabrikdə çoxlu istedadlı insanlar var və onlar iştirak etməkdən və öz ideyalarını təklif etməkdən məmnundurlar. Ən əsası isə çalışırıq ki, təbrik hissəmiz Elman Nazifoviç üçün sürpriz olsun, ona görə də aylar boyu hazırlıq zamanı təbrikin bütün təfərrüatlarını gizli saxlayırıq. Və hər dəfə onun sürprizimizə reaksiyasını böyük həyəcanla gözləyirik. Bu il biz qədim Misir mövzusunu rənglərinə və təntənəsinə görə seçdik. Təbii ki, ad günü adamı həmişə bizim təşəbbüsümüzdə iştirak edir və bizim “qaydalarımızı” qəbul edir. Biz sözün əsl mənasında girişdə onun yolunu kəsdik, maşından düşməsini istədik, bayram temalı kostyum geyindik və təbrik hissəsinə teatr tamaşası ilə başladıq”.
Tənqidlərə görə şirkətin saytında daha əvvəl qeyd olunan müəssisə günündən fotolar da yerləşdirilib.
Qeyd edək ki, "Yaroslavl Broyler" Yaroslavl vilayətinin ən böyük kənd təsərrüfatı müəssisəsidir və Rusiyanın ən böyük 20 quş əti istehsalçısı arasındadır. Şirkətin idarə heyətinin sədri E.Əzizovun əslən azərbaycanlı olduğu bildirilir.
Ölkə.Az