Biri 200 min avroya uşaq istehsal edən fabrik: Bu mümkündürmü?
12-09-2024, 00:08
"Kişi və qadın cinsi hüceyrələrinin iştirakı ilə ekstrakorporal, yəni bədəndənxaric mayalanma ilə uşaq yaradıla bilər. Amma sonra bu uşaq ana bətninə implantasiya olunmalıdır".
Bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla dünyada uşaq istehsal edən fabriklə bağlı məlumata aydınlıq gətirərkən deyib.
Onun sözlərinə görə, həmin ana bətni, yəni həmin yumurta hüceyrənin daşıyıcısı doğma ana da ola bilər:
"Yaxud da surroqat ana. Əsas məsələ burada nədir? Əgər süni bir embrionu yetişdirməkdən söhbət gedirsə, bunun qan təchizatı, yaxud qidalanması, ifrazatı, okisgen təchizatı təmin olunmalıdır. Bunun üçün xüsusi bir mexanizm olmalıdır. Əgər proses insan orqanizmində baş verirsə, bu başqa məsələ, yox tamamilə sona kimi hamiləlik bədəndənxaric baş verəcəksə, onun prespektivləri haqqında nəsə demək çətindir. Əsas məsələ odur ki, hüceyrələr düzgün bölünsün və düzgün inkişaf etsin. Onlara lazım olan qida maddələri, okisgen, ifrazatlar, həmin süni intellekdən ibarət olan aparat hər şeyi təm təmin edə bilsin. Bu halda real və məntiqli görünür".
Professor vurğulayıb ki, göz rəngi, boyu və bəzi əlamətləri də korreksiya etmək olur:
"Ona görə sperma və yumurta hüceylərindən alınan insanların orqanizmlərinin xarakteri qeyd olunur. Təbii ki, onlardan olan genetik materilın da müəyyən proqnozları olur. Ona görə də hesab edirəm ki, bu mümkündür. Digər tərəfdən gen mühəndisliyi vasitəsi ilə indi genetik müdaxilə də mümkündür və bu məsələ getdikcə inkişaf edir. Zaman gələcək ki, embrion müdaxilənin insanın bəzi xüsusiyyətlərini dəyişmək, genetik defektləri bərpa etmək də mümkün olacaq".
Adil Qeybulla hələlik bunu nəzəri məsələ hesab edir:
"Ayrı-ayrı ölkələrdə məsələnin hüquqi tərəfləri həll olunmalıdır. Əvvəlcə qanun olmalı, sonra hüququ mexanizmlər işlənilməlidir. Yalnız bundan sonra buna icazə verilə bilər. Çünki burada dini-inancı, məsələyə fərqli yanaşması olan ölkələr var. Burada birmənalı fikir demək çətindir. Amma lazımı şəriat olsa, ekstrakorporal uşaq, embrion yetişdirilməsi mümkündür".
Xatırladaq ki, dünyada uşaq istehsal edən fabrik açılır. Bu barədə türkiyəli jurnalist Uğur Önver məlumat yayıb. O qeyd edib ki, hər cür üsulları sınadığı halda, uşaq sahibi ola bilməyən cütlüklər artıq süni intellekt sahəsində bir ailə qura biləcəklər. Fabrik istehsalı olan uşaq 200 min avroya satılacaq.
Tags: