Zaqatalada itlərin hücumuna məruz qalan 8-ci sinif şagirdinin vəziyyəti necədir? VİDEO

9-10-2024, 10:37           
Zaqatalada itlərin hücumuna məruz qalan 8-ci sinif şagirdinin vəziyyəti necədir?  VİDEO
Zaqatalada sahibsiz itlər məktəbliyə hücum edib.

Nəticədə, yaxınlıqdakı sakinlər uşağın köməyinə çatmasaydılar, vəziyyət daha acınacaqlı ola bilərdi.

Məktəblinin anası da daxil olmaqla Zaqatala şəhər sakinləri sahibsiz itlərin şəhərin mərkəzində sürü halında gəzməsindən narahatdırlar. Onların dediyinə görə, Zaqtalanın mərkəzində səhər saatlarında və hava qaraldıqdan sonra sahibsiz itlər daha da aktivləşir.

Sakinlər deyiblər ki, küçə itlərinin insanlara hücum çəkməsi Zaqatalada ilk hal deyil.

Dərhal xəstəxanaya çatdırılan şagirdə ilkin tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurularaq ambulator müalicə üçün evə buraxılıb. Hazırda azyaşlının vəziyyəti nəzarətdə saxlanılır.

Ətraflı "Xəzər xəbər"in süjetində:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru