“Huawei” Çində ilk dəfə smartfon satışında “Apple”ni geridə qoydu

11-10-2024, 07:54           
“Huawei” Çində ilk dəfə smartfon satışında “Apple”ni geridə qoydu
Çinin “Huawei Technologies” şirkəti tərəfindən avqust ayında Çinin kontinental hissəsində istehsal olunan smartfonların satışı 46 ayda ilk dəfə olaraq ABŞ-ın “Apple” şirkətinin “iPhone” smartfonlarının satışlarını üstələyib.

Bu barədə “South China Morning Post” nəşri CINNO tədqiqat şirkətinin məlumatlarına istinadən yazır.

Analitiklər qeyd edirlər ki, “Huawei”nin satışları həm flaqman “Mate”, həm də “Pura” seriyalarına, eləcə də qatlana bilən “Mate XT” kimi qeyri-adi modellərə yüksək tələbatla dəstəklənir.

Xatırladaq ki, Çin “Huawei”nin ən böyük bazarıdır və şirkətin qlobal satışlarının 89%-ni təşkil edir.

Qeyd edək ki, bundan əvvəl Çin Dövlət İnformasiya və Kommunikasiya Texnologiyaları Akademiyası avqust ayında Çində xarici smartfonların satışının illik müqayisədə 12,7% azalaraq 1,87 milyon ədəd, yerli brendlərin satışlarının isə 26,7% artaraq 24,05 milyon ədəd təşkil etdiyini bildirmişdi.
İnterfax












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru