Koronavirus pandemiyası Ayın temperaturunu azaldıb

14-10-2024, 17:08           
Koronavirus pandemiyası Ayın temperaturunu azaldıb
Ay zondunun məlumatları göstərir ki, COVID-19 pandemiyası zamanı qapanma nəinki Yerin ətraf mühitinə təsir edib, həm də kosmosda gözlənilməz nəticələrə səbəb olub.

Oxu.Az naked-science.ru-ya istinadən xəbər verir ki, astrofiziklər "Lunar Reconnaissance Orbiter" (LRO) peykindən maraqlı məlumatları paylaşıblar. Peyk Ay səthinin temperaturunu təyin etmək üçün istifadə olunur.

Son bir neçə ildəki məlumatların müqayisəsi 2020-ci ilin aprel və may aylarında Ayda anomal gecə soyumasını göstərib: Təbii peykin Günəş tərəfindən işıqlandırılmayan hissəsində temperatur bir neçə dərəcə aşağı düşüb. Maraqlıdır ki, bu, Ayın Yerdən görünən tərəfində də müşahidə edilib.

Məlum olub ki, Yerdə zavod və fabriklərin işləməməsi, küçədəki avtomobillərin azlığı Ayın səthindəki temperaturun aşağı düşməsinə gətirib çıxarıb. Bu o deməkdir ki, Yerdəki fəaliyyətlər Ay səthini isidir.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.