Mətbəxdə televizorun olması buna səbəb olur - TƏƏCCÜBLƏNƏCƏKSİNİZ

11-11-2024, 08:08           
Mətbəxdə televizorun olması buna səbəb olur - TƏƏCCÜBLƏNƏCƏKSİNİZ
Mətbəx, şübhəsiz ki, mənzildə vacib bir yerdir. Bu o deməkdir ki, mətbəxin dizaynına xüsusi qayğı ilə yanaşmaq lazımdır.
Lent.az-ın məlumatına görə, hər hansı bir mənzil sahibinin vəzifəsi mətbəxdə xoş və sağlam bir atmosferin hökm sürməsini təmin etməkdir ki, bu da yalnız iştahı artırmayacaq, həm də intim söhbətlər üçün əlverişli olacaqdır.Bu baxımdan, mətbəxdə televizor quraşdırmaq səhvdən başqa bir şey deyil.Bir çox evdar qadın yəqin ki, bununla razılaşmayacaq, çünki onlar üçün yemək bişirərkən televizor əyləncə rolunu oynayır.Amma bir sıra psixoloqların fikrincə, televizor təkcə sağlamlığa deyil, ailə münasibətlərinə də mənfi təsir göstərir.Əvvəla, əgər siz kino və televiziya proqramlarının müşayiəti ilə nahar edirsinizsə, bütün diqqətinizi mavi ekranda cərəyan edən hadisələrə yönəldirsiniz və nə qədər yediyinizi hiss etmirsiniz. Nəticədə, siz həmişəkindən daha çox yeyirsiniz, lakin toxluq hiss etmirsiniz. İkincisi isə səhər və şam yeməyi bütün ailənin bir masa arxasında toplaşdığı və ünsiyyət qura biləcəyi, gələcək planlarını və gün ərzində əldə edilən uğurları bölüşə biləcəyi anlardır. Həmin vaxtları daim televizora baxaraq keçirirsinizsə, münasibətləriniz pisləşə bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru