Qadınların kanalizasiya təmizlədiyi, kişilərin isə uşağa baxdığı şəhər

9-12-2024, 17:44           
Qadınların kanalizasiya təmizlədiyi, kişilərin isə uşağa baxdığı şəhər
Baku TV-də "Oralarda necədir?" rubrikasının yeni buraxılışı yayımlanıb.

Bu dəfə Bakıdan 3 048 kilometr uzaqda yerləşən, sarayları, heyrətamiz tarixi hekayələri, təkrarolunmaz memarlıq abidələri ilə indi də Avropanın ən gözəl şəhərlərindən olan Stokholmdan bəhs olunub. İsveç Krallığının paytaxtı olan bu şəhərin sakinlərinin fərqli həyat tərzi, adəti, yeməkləri var.

Rahatlıqla demək olar ki, Stokholm əhalisi nümunəvi vətəndaşdırlar. Burada qadınların və kişilərin eyni hüquqa malik olması digər ölkələrlə müqayisədə yüksək həddədir. Həyat yoldaşı dünyaya övlad gətirən zaman kişilərin də bu prosesdə iştirak etmələri Stokholm üçün normal haldır.

Amma kişilər yalnız bu prosesdə deyil, bütün hallarda qadınlarına kömək edirlər. Uşağı havada gəzdirmək, onu geyindirmək, ağladığı zaman sakitləşdirmək kimi işləri onlar da sərbəst görməyi bacarırlar. Stokholm küçələrində uşaq arabaları ilə övlad gəzdirən kişiləri görmək normaldır. Bundan əlavə, ev işlərində də xanımlarına kömək edir, onları tək buraxmırlar.

Uşaq dünyaya gələndə kişilər də 3 aylıq atalıq məzuniyyətinə çıxırlar. Elə bu səbəbdən qadınlar işlərinə rahat qayıda bilirlər, fikirləri uşaqda qalmır. Atalar elə ilk gündən övladlarının tərbiyəsində yaxından iştirak edirlər.

"Uşağa baxmaq qadın işidir" deyib hər işi xanımların üstünə atmırlar. Bu ölkədə maraqlı məqamlardan biri də odur ki, "bu sırf kişi peşəsidir, bu isə qadın işidir" deyə ayrı-seçkilik yoxdur. Kişilərlə eyni hüquqa malik olmalarına görə uzun müddət mübarizə aparan qadınlar arasında kanalizasiya təmizləyən də görə bilərsiniz, inşaatçı da. Əgər hansısa qadını və ya kişini məhz cinsi ayrı-seçkiliyə görə işə qəbul etməzlərsə, buna görə qanun qarşısında cavab verməli olurlar. Maraqlı məqamlardan biri də odur ki, yaşın neçə olursa olsun, sevgiyə xor baxmırlar.

Qadınlar təqaüd yaşında olsalar belə, həyatlarını tənha keçirmək əvəzinə özlərinə dost, sevgili tapıb daha maraqlı yaşayırlar. Səhv seçimlər etməkdən, qınanmaqdan, xor görülməkdən qorxmadan yaşamaq çoxlarının arzusudur. Stokholm əhalisi məhz belə yaşayır. Çünki anlayırlar ki, xoşbəxtlik hər kəsin öz seçimidir.

Ətraflı süjetdə:













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.